“Yeni təyinatlar Azərbaycanımıza növbəti uğurlar gətirəcək” - MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanda bütün sahələrdə böyük islahatlar həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və birbaşa Onun göstərişi, imzası ilə bütün sahələrdə həyata keçirilən islahatlar, görülən işlər əlbəttə ki, Azərbaycanımızın bu gününə və sabahına hesablanmış uğurlu addımlardır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, kadr sahəsində həyata keçirilən islahatlar öz müsbət nəticələrini verir: “Azərbaycanın gələcək inkişafında güclü kadr potensialına ehtiyacımız var. Cənab Prezidentin rəhbəri ilə həyata keçirilən yeni təyinatlar Azərbaycanımıza növbəti uğurlar gətirəcək və cənab Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşları olacaqlar”.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB