"Şanlı qələbənin bir səhifəsi Cəbrayılın işğaldan azad edilməsidir" - DEPUTAT ŞƏRH ETDİ
"44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə böyük tarixi əhəmiyyət daşıyır. Bu qələbənin bir səhifəsi Cəbrayıl şəhərinin işğaldan azad edilməsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, hər şeydən öncə torpaqlarımızın bir hissəsi olan Cəbrayıldan düşmən qovuldu: "Azərbaycan torpağında bayrağımız ucaldıldı. Ötən üç il müddətində Cəbrayılda böyük işlər görüldü. Dövlət planlı şəkildə hər şeyi yerinə yetirməyə başladı. 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə daim məğlubiyyətlər acısını yaşayan millət qalib bir millətə çevrildi. Bu qələbənin də memarı Azərbaycan Prezidenti İlham Əliyevdir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB