Arayikin tutulub Bakıya gətirilməsini ermənilər də təsdiqlədi

Arayikin tutulub Bakıya gətirilməsini ermənilər də təsdiqlədi

...Budur, ermənilər də etiraf etdi...

Belə ki, SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Qarabağda özünü “prezident” sayan Arayik Arutyunyanı saxlayıblar.

Ermənilərin yazdığına görə, o, hazırda Bakıya çatdırılıb.

Bundan əvvəl onun həmkarları Bako Saakyan və Arkadi Qukasyanın, həmçinin eks-spiker David İşxanyanın saxlanılaraq Bakıya gətirildiyi barədə məlumat yayılmışdı.

Deyim ki, bunu da erməni saytı yazıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə