“Bakı çox önəmli tədbirlərin keçirildiyi bir ünvana çevrilib“ - ŞƏRH EDİLDİ

“Bakı çox önəmli tədbirlərin keçirildiyi bir ünvana çevrilib“ - ŞƏRH EDİLDİ

“Bakı artıq çox önəmli tədbirlərin keçirildiyi bir ünvana çevrilib. Bu Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verməklə yanaşı, eyni zamanda ölkəmizdə yüksək təhlükəsizlik mühitinin olduğuna işarədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, beynəlxalq tədbirlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi prosesində çox mühüm kriteriyalar olur: “Kriteriyalara uyğun ölkələr də tədbirlərə ev sahibliyi etmək hüququ qazana bilir.

Azərbaycan müvafiq olaraq 74-cü astronavtika konqresinin keçirilməsi üçün kriteriyalara tam uyğundur və sözügedən istiqamətdə Azərbaycan Respublikasının artıq oturuşmuş əməkdaşlıq sistemi mövcuddur. Nəzərə almaq lazımdır ki, Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizə dünyanın müxtəlif yerlərindən çoxsaylı qonaqların gəlməsi deməkdir. Həmin insanlar ölkəmizlə tanış olur, yeni ünsiyyət imkanları əldə edirlər. Astronavtika Konqresinin Bakıda keçirilməsi ona dəlalət edir ki, Azərbaycanın həm beynəlxalq münasibətlər, həm də beynəlxalq əməkdaşlıq sistemində kifayət qədər sözü keçir və ölkəmizə böyük etimad var”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə