“BMT missiyasının Qarabağa səfəri erməniləri ifşa etdi” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanın beynəlxalq ictimaiyyətdən gizlədiləcəyi bir şey yoxdur. Dövlətimizin siyasəti həmişə açıq olub və bütün baxışlarımızı açıq şəkildə həyata keçiririk”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.


Onun sözlərinə görə, o cümlədən, 19-20 sentyabr tarixində keçirilmiş antiterror tədbirləri ərazilərimizdəki qeyri-qanuni silahlıları tərksilah etmək, separatizmin kökünü kəsmək olduğu və bu tədbirlərin mülki şəxslərə qarşı olmadığı dəfələrlə bəyan edilmişdir: “Həmçinin, Qarabağda yaşayan erməniəsilli sakinlərə onların dil, mədəni, təhsil, bələdiyyə və digər hüquqları qanunlarımıza uyğun təmin olunacağı bildirilmişdir. Həm də ermənilərin yaşayış yeri seçim hüququna hörmətlə yanaşaraq onların Ermənistana getməsi üçün təhlükəsiz dəhliz yaradıldı. Bütün bu proseslərə Ermənistan etnik təmizləmə donu geyindirməyə çalışdı.
Azərbaycan dövləti BMT missiyasını işğaldan azad olunmuş ərazilərə dəvət etdi və baş verən prosesləri öz gözləri ilə görməyinə şərait yaratdı. BMT missiyasının Qarabağa səfəri çərçivəsində Xankəndidə və ətraf ərazilərdə, o cümlədən Laçın postuna qədər müşahidə apardı. Müşahidələrin nəticəsi olaraq Xankəndidə və ətraf ərazilərdə mülki obyektlərdə heç bir dağıntının olmadığını, Azərbaycan dövləti tərəfindən bütün humanitar məsələləri həll etdiyini öz bəyanatında qeyd etdi. Həm də separatçılardan yığılmış silah və hərbi texnikalara baxış keçirdi. BMT missiyasının Qarabağa səfəri Ermənistanın iftira və böhtan üzərində qurduğu siyasətini ifşa etmiş oldu. BMT missiyası Azərbaycanın məqsədinin ölkə qanunlarına əsasən erməniəsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiya edilməsindən ibarət olduğuna bir daha əmin oldu”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB