“Roma Papasının belə bir addım atması qəribədir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Roma Papası bu vaxta kimi Azərbaycan və Ermənistanla bağlı müraciət etməyib və indi belə bir addım atması biraz qəribədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Vatikan 43 katolik dövlətinin qibləgahıdır: “Roma Papası Fransisk isə bu qədər vaxt gözləyib, Azərbaycan qələbə çaldıqdan sonra müraciət edib: “Bu çoxdan olmalı idi. Digər tərəfdən Azərbaycan hər zaman sülh istəyib, sülhün tərəfində olub. Bu baxımdan da əslində müraciət birbaşa Ermənistana olmalı idi. Çünki təxribat törədən, sülhdən qaçan da onlardır. Eyni zamanda Rusiyaya, Fransaya, ABŞ-a da müraciət edilməli idi ki, onlar aradan çəkilsin və iki dövlət öz aralarında razılığa gəlsin. Lakin gec də olsa belə bir müraciətin edilməsi təqdirəlayiqdir. Azərbaycan dəfələrlə Ermənistana məsələ qaldırıb ki, biz sülh istəyirik. Ermənistanın buna nə zaman razılaşacağını demək isə çətindir. Çünki Paşinyan Bakı küləyi kimi yarım dəqiqədən bir istiqamətini dəyişir. Amma istənilən halda Ermənistan sülhə addım atmağa məcbur olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə