"Bu günləri Afrikada gedən proseslər onu göstərir ki, Fransa imperiyası artıq Afrikada tam uduzub. Ümumiyyətlə, Makron erməniəsilli fransızdır. Onun soyadı Makronyan olub. Makron qeyri-məntiqli bir söz dedi: "Mən Paşinyandan daha çox erməni xalqını müdafiə edib və bununla bağlı kifayət qədər təzyiqlər göstərəcəm". Bu antidiplomatik və lazım olmayan leksikon idi. Hələ heç bir ağlı, başı olanda ölkə rəhbəri tarixən belə söz deməyib". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, Makron bunu dedi: "Bəs, sonu nə oldu? Sonda Cənubi Qafqazda uduzdu.
Afrikanın bilirsiniz ki, son bir neçə ildə 5 ölkəsi Fransanı öz ərazisindən qovub və fransızlarla, hətta diplomatik münasibətləri də kəsməyə çalışırlar. Diplomatik əlaqələri kəsməyin nə qədər doğru olub-olmamasını deyə bilmərəm. Amma güman edirəm ki, düz deyil.
Amma hərbçiləri, xüsusi təyinatlı ordusu və ordusu bu ölkələri tərk edirlər. Onlar istəmirlər ki, Fransa onları istismar etsin".
Deputat sözlərinə belə davam edib: "Artıq başda cənab Prezident olmaqla Azərbaycan xalqı öz məsələsini həll etdi. Bütün dünya bunu ya dəstəkləyir, ya da susur. Ortaya Fransa və Amerikadakı bir neçə ermənipərəst ştatlar düşüb təzyiq göstərmək, səs-küy qaldırmaq istəyirlər. Bunlar hamısı boşa çıxan məsələlərdir. Heç kim Cənubi Qafqaza Fransanı buraxmayacaq. Bəs, Fransa nə edəcək? Fransa öz ordusunumu Ermənistana gətirəcək? Bunun başqa yolu yoxdur.
Cənubi Qafqazda artıq bir platforma var: 3+3. Yəni, Azərbaycan, Ermənistan, Gürcüstan; İran, Rusiya və Türkiyə. Bura başqa ölkənin müdaxilə etməyi qeyri-məntiqsiz addımlardır. Maraqların nə olduğu bəllidir. Marağın kökündə varlı ermənilərin Fransadakı iqtidara maliyyə dəstəyi nəzərdə tutulur. Bunu Fransanın özü də daxil olmaqla hamı yaxşı bilir.
Makronun və Makrona siyasi dəstək verənlərin arxasında Fransa xalqı durmur. Bu barədə maraqlanmışam. Onlar gülür ki, bu, xalqın fikri deyil".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB