"Azad olunmuş ərazilərə köç Azərbaycanın nəyə qadir olduğunu göstərdi" - ŞƏRH EDİLDİ
"Ölkə başçısı İlham Əliyevin fəaliyyətinin başında tamamilə Azərbaycanın milli maraqlarının təmin edilməsi, işğal altında olan torpaqlarımızın geri qaytarılması, son dövrdə isə həmin torpaqların bərpası məsələləri durur. Azərbaycan Prezidenti bu məsələlər barəsində həm beynəlxalq, həm də öz təcrübəmizdən irəli gələn yeniliklərin daim cəmiyyətdə tətbiqinə çalışır. Cənab Prezidentin ötən günlərdə Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında ərazi bütövlüyümüz, Azərbaycanın milli maraqlarının qorunması, dövlətimizin qarşısında yeni perspektivlərin açılması və s. kimi bir çox mühüm məsələlər eyni vaxtda səsləndirildi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra qarşımızda çox böyük məsələlər dayanıb: "Onlardan biri insanların geri qayıdışı üçün normal şəraitin yaradılması, təhlükəsizliyin təmin edilməsi, ərazi bütövlüyümüzə ziyan vuracaq hər hansı bir problemin birmənalı şəkildə aradan qaldırılmasıdır. Şəhərlər və kəndlər ən müasir şəhərsalma prinsipləri əsasında bərpa edilir, "ağıllı kənd" konsepsiyası irəli sürülür, insanların rahatlığı təmin edilir, onların iş yerləri ilə təmini məsələsi daim gündəmdə saxlanılır".
Deputat sözlərinə davam edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yeni tikilən məktəblər, sosial obyektlər, klinikalar ən müasir tələblərə cavab verir: "Görünən odur ki, ölkə başçısının bu siyasəti insanlarımız tərəfindən dəstəklənir. Bu gün geri qayıtmaq istəyən keçmiş məcburi köçkünlər böyük səbirsizliklə öz şəhər və kəndlərinin bərpa edilməsini gözləyirlər. Artıq yaşayış olan Füzuli, Laçın şəhərləri, Ağalı, Zabux kəndləri göstərdi ki, Azərbaycan nələri etməyə qadirdir. Dövlət başçısı İlham Əliyev bu gün və sabahın inkişaf məsələlərini daim diqqətdə saxlayır. Hər bir azərbaycanlı bu böyük inkişaf prosesinin fəal iştirakçısıdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB