Kuleba Borellə görüşdü

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borellə görüşüb. SİA xəbər verir ki, bu barədə Kuleba X-də paylaşım edib.

"Ukraynadakı tarixi toplantıda Aİ XİN başçılarını qonaq etməkdən xoşbəxtlik duyuram. Tarixdə ilk dəfə mövcud Aİ sərhədlərindən kənarda. Lakin eyni zamanda gələcəkdəki sərhədlərin içində.

Aİ-yə və şəxsən Jozep Borelə ittifaqın Ukraynaya verdiyi sarsılmaz dəstək üçün minnətdaram", - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə