"İnformasiya müharibəsində ayıq-sayıq olmaq lazımdır" - TURAL GƏNCƏLİYEV
"Payız sessiyası ərəfəsində xalqımızın həyatında möhtəşəm hadisələr baş verdi. Biz 24 saatlıq antiterror tədbiri nəticəsində qalib gəldik. Cənab Prezidentimizin liderliyi və ordumuzun şücaəti və xalqımızın dəstəyi ilə bu şanlı missiyaya nail oduq". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat sözlərinə belə davam edib: "Prezidentin strateji vizyonu, xalqımızın dəstəyi, ordumuzun şücaəti olmasa idi bütün bunlar baş verməyəcəkdi. Şəhidlərimizin ruhu şad olsun.
Bütün bu hadisələrdən sonra Ermənistanda olan revanşist qüvvələr və onlara havadarlıq edən güc qüvvələri fəaliyyətlərini dayandırmayacaqlar. Bu halda informasiya müharibəsində ayıq-sayıq olmaq lazımdır. Məsələn, dünən Kaliforniyada radikal erməni qruplarının üzvləri Azərbaycan və Türkiyə səfirliklərinə hücum ediblər. Burada müəyyən təxribat törədiblər. Eyni halların Avropadakı səfriliklərimizdə olması ehtimalını da görürük. Ümidvaram ki, revanşist qüvvələr başlarına gələnlərdən bir dərs çıxaracaqlar. Torpaqlarımız yenə də suverendir. Ərazi bütövlüyümüz bərpa olunub və bu əbədi belə olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB