"Azərbaycan Prezidentin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub" - DEPUTAT FİKİR BİLDİRDİ
“Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət kəsb edir, bu səfərlər artıq davamlı xarakter alıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət başçısı görülən işlərə birbaşa nəzarət edir: “Prezident dünən də Cəbrayıl və Zəngilanda bir sıra obyektlərin təməlqoymasında iştirak etdi. Görülən işlər bütövlükdə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına öz töhfəsini verir.
Bu gün Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Bütün bölgələrimizdə bərpa, quruculuq işləri aparılır. Bu da Azərbaycanın qısa zamanda işğaldan azad edilmiş əraziləri dirçəldəcəyinin göstəricisidir. Həmin ərazilərimiz bölgənin ən gözəl ərazilərindən birinə çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB