Qarabağdan gedənlər, əsasən sonradan bura köçənlərdir...

Qarabağdan gedənlər, əsasən sonradan bura köçənlərdir...

...Qarabağın, daha çox sonradan buralara köçən sakinləri Ermənistana gəlməkdə davam edirlər. Ermənistan hakimiyyətinin məlumatına görə, sentyabrın 25-i axşam saatlarında 6650 məcburi köçkün artıq ölkəyə daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, öncədən müəyyən edilmiş yaşayış yeri olmayan şəxsləri səlahiyyətli orqanlar müvəqqəti mənzillə təmin etdiyi vurğulanır.

Onlar humanitar yardım məntəqələri yerləşdirilib.

Özünü elan etmiş “respublika” nın hakimiyyət orqanları silahı yerə qoymağa və Bakının digər tələblərini yerinə yetirməyə razılıq verdikdən sonra bəzi sonradan gəlmə ermənilər bölgəni tərk edirlər.

Qeyd edildiyi kimi, bazar ertəsi axşam saatlarında Xankəndi-Əsgəran avtomobil yolunun yaxınlığındakı benzindoldurma məntəqəsində güclü partlayış baş verib. Özünü elan etmiş “respublika”nın hakimiyyət orqanları ölən və yaralıların olduğunu, onların dəqiq sayının hələlik məlum olmadığını, xilasedicilərin və həkimlərin hadisə yerində işlədiyini bildirir.

Qeyd edək ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə