"Düşünülmüş taktikalar ordumuzun gücünü dünyaya bir daha göstərdi" - DEPUTAT ŞƏRH ETDİ
"44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz və bu qələbədən sonra Azərbaycan tərəfindən yaradılmış yeni geosiyasi reallıqlar artıq Xankəndi və ətraf kəndlərdə də dövlətimizin suverenliyinin bərpa olunmasını tələb edirdi. Məqam yetişdi və Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu ildırım sürətli antiterror tədbirləri həyata keçirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat sözlərinə davam edərək bildirib ki, bir sutka ərzində keçirilən tədbirlər Vətən müharibəsində olduğu kimi dünyanı heyrətə gətirdi: "Mülki obyektlərə və vətəndaşlara toxunmadan zərgər dəqiqliyi ilə hərbi obyektlərin vurulması, düşünülmüş taktikalar Azərbaycan Ordusunun gücünü bir daha dünyaya göstərmiş oldu. Bu qələbənin arxasında dövlət başçısının uğurlu siyasəti, qətiyyəti, xalqın birliyi və ordumuzun cəsurluğu dayanır. Bu amillər qələbəmizi şərtləndirmiş oldu. Artıq qarşıda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi var. Bu sahədə də Azərbaycan tərəfi sülh gündəliyinə sadiqdir. Ermənistandan da adekvat olaraq bu sadiqliyi gözləyirik".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB