Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir

Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir

Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyindən bildirilib ki, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkarlanıb.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə