Heydər Əliyevə görə təhdid olundu, ciddi fiziki təzyiqlərə məruz qaldı, amma əqidəsindən dönmədi
2023-cü il sentyabrın 21-də Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sabiq sədri mərhum Ələkbər Nuru oğlu Quliyevin anadan olmasının 75-ci yubiley ildönümü idi.
Ələkbər Quliyev 1948-ci ildə Babək rayonunun Qaraçuq kəndində (hal-hazırda Naxçıvan şəhərinin inzibati ərazisinə daxildir) dünyaya göz açmışdır. Tam orta təhsilini öz doğma kəndində yerləşən məktəbdə alan Ələkbər Quliyev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsini bitirmiş, həmin ildən Babək rayon Cavidabad (Qaraçuq) kəndində müəllim kimi əmək fəaliyyətinə başlamış, qısa müddətdə özünü əsl pedaqoq və təhsil təşkilatçısı kimi təsdiq edərək, direktor vəzifəsinə yüksəlmiş və 1981-ci ilədək bu vəzifədə işləmişdir. Ələkbər müəllim 1983-cü ildən öz pedaqoji fəaliyyətini Naxçıvan şəhər 11 saylı orta məktəbdə müəllim kimi davam etdirməyə başlamış, burada da özünün fəallığı ilə seçilərək az müddət sonra təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilmiş, 1989-1996-cı illərdə isə həmin məktəbin direktörü vəzifəsində çalışmışdır. Ələkbər Quliyevin qazandığı zəngin pedaqoji təcrübə, təşkilati-rəhbərlik bacarığı onun bu sahədəki ən yüksək zirvəyədək ucalmasına gətirib çıxarmış, tanınmış təhsil işçisi 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təyin olunmuşdur. Keçid dövrünün səbəb olduğu çətin durğunluq illərindən sonra bu vəzifədə işlədiyi altı il ərzində Ələkbər müəllim Naxçıvanda orta təhsilin inkişafı üçün var qüvvəsi ilə çalışmış, təhsilin dərindən bildiyi problemlərinin həlli istiqamətində yorulmaz fəaliyyət göstərmişdir. Onun nazir işlədiyi dövrdə müxtəlif ixtisas sahibi olan yüzlərlə gənc müəllim yüksək diqqət və qayğı sayəsində muxtar respublikada mövcud olan orta məktəblərdə işə qəbul olunmuşlar. İndi artıq 20 ildən çox pedaqoji stajı olan həmin müəllimlərin öz işlərinə yüksək məhəbbət və vicdanla yanaşmasında bu böyük maarif xadiminin danılmaz əməyi vardır. Ələkbər müəllim özündən əvvəlki təhsil nazirlərinin maarifçilik xəttinin və muxtar respublika orta təhsilinin daha da inkişaf etdirilməsi üçün əzmlə çalışmış, eyni zamanda, öz xələflərinə layiqli irs qoymuşdur.
Dövlətimiz əzmkar maarif xadimi və təhsil təşkilatçısının zəhmətini layiqincə qiymətləndirmiş, Ələkbər Quliyev 1991-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, 2001-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüşdür.
Ələkbər müəllimin həyatı kifayət qədər dinamik və zəngin çalarlı olmuşdur. Belə ki, muxtar respublika ictimaiyyəti onu yalnız bacarıqlı təhsil xadimi kimi yox, eyni zamanda mübariz və sarsılmaz əqidəyə malik ictimai-siyasi fəaliyyəti ilə də tanımışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda baş verən ictimai-siyasi proseslərdə Ələkbər Quliyev yaxından və fəal şəkildə iştirak etmişdir. O, Ulu Öndər Moskvadan Naxçıvana qayıtdıqdan sonra Heydər Əliyevə qarşı ölkədə hakimiyyətdə olan partnomenklatura, daha sonra isə psevdodemokratların haqsız hücumlarına və böhtan kampaniyasına qarşı keçirilən bir çox mitinqlərin fəal iştirakçısı və təşkilatçısı idi. Xüsusən Yeni Azərbaycan Partiyasının təşəkkül tapması prosesinə fəal şəkildə qoşulan Ələkbər müəllim 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının iştirakçısı olmuşdur. Onun YAP-ın təşəkkülü və formalaşması prosesində iştirakı bununla məhdudlaşmamış, Yeni Azərbaycan Partiyasının Sədri, Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə partiyanın Naxçıvan şəhər təşkilatının yaradılması prosesinə rəhbərliyi üzə üzərinə götürmüş, bu işin öhdəsindən uğurla gəlmişdir.
Qeyd edək ki, bu proses heç də hamar getməmişdir. Həmin dövrdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsinin həm ölkə, həm də muxtar respublika miqyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə qarşı təxribatları özünün pik nöqtəsinə çatmış, 1992-ci il oktyabrın 24-də Naxçıvanda AXC Naxçıvan şəhər və Ordubad rayon təşkilatlarının rəhbərlərinin və qanunsuz silahlı dəstələrinin iştirakı ilə dövlət çevrilişinə cəhd edilmişdi. Azərbaycan Respublikasının ozamankı daxili işlər naziri İsgəndər Həmidovun başçılığı altında həyata keçirilən bu dövlət çevrilişi cəhdi Naxçıvan əhalisinin ciddi müqaviməti nəticəsində iflasa uğrasa da, həmin qüvvələr bir tərəfdən Yeni Azərbaycan Partiyasının yaradılması və fəaliyyətinə mane olmağa çalışmış, digər tərəfdən isə, muxtar respublikada ictimai-siyasi şəraitin gərginləşməsi istiqamətində fəaliyyət göstərmişlər.
Məhz belə bir şəraitdə Ələkbər Quliyev YAP Naxçıvan Şəhər Təşkilatının yaradılması işinə rəhbərliyi zamanı AXC Naxçıvan muxtar respublika və şəhər orqanlarının rəhbərlərinin başçılığı altında dəfələrlə ciddi fiziki və psixoloji təzyiqlə üzləşmişdir. Hətta bir sıra hallarda həyatına təhlükə yaranması belə, Ələkbər müəllimi öz dəmir əqidəsindən döndərə bilməmiş, o, qətiyyətlə ümummilli lider Heydər Əliyevin ardıcılı kimi öz yoluna davam etmişdir. Beləliklə, 1993-cü il noyabrın 5-də YAP Naxçıvan Şəhər Təşkilatının təsis konfransında Ələkbər Quliyev yekdilliklə təşkilatın sədri seçilmişdir. O, ömürünün sonunadək – 18 il bu vəzifədə çalışaraq, tutduğu mövqedə YAP-ın inkişafına və fəaliyyətinə öz töhfələrini vermişdir. Bu müddətdə YAP üzvlərinin sayı dəfələrlə artmış, təsis konfransındakı bir neçə yüz nəfərdən 13 min nəfərə çatmışdır. Ələkbər Quliyev ona etimad edilən siyasi işin öhdəsindən layiqincə gəlmiş, minlərlə insanın ulu öndər Heydər Əliyevin ideyaları işığına, Yeni Azərbaycan Partiyasının sıralarına cəlb olunmasında mühüm rol oynamışdır. Məhz bu fəallığın nəticəsi idi ki, o, eyni zamanda 1995-2000-ci illərdə YAP Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini vəzifəsində çalışmış, istər muxtar respublika miqyaslı, istərsə də respublika miqyaslı partiya tədbirlərinin fəal iştirakçısı olmuşdur.
Ələkbər Quliyevin ictimai-siyasi fəaliyyəti yalnız partiya işi ilə məhdudlaşmamış, o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci (1995-1996), ikinci (2002-2005), üçüncü (2005-2010) çağırışlarının deputatı seçilmiş və Ali Məclisin komissiya (komitə) sədri olmuşdur.
Ələkbər Quliyev 2010-cu ilin yanvar ayında ömrünün 62-ci ilində həyatla qəfildən vidalaşsa da, o, bu ömrə zəngin bir həyat salnaməsi sığışdıra bilmişdir. Məhz bunun nəticəsidir ki, bütün muxtar respublika sakinləri, təhsil mühiti, yeni azərbaycançılar Ələkbər müəllimi, onun ictimailəşmiş həyatını, pedaqoji-maarifçi və ictimai-siyasi fəaliyyətini böyük ehtiramla xatırlayır. O, hər şeydən əvvəl prinsipial, ciddi, əqidəli, səmimi və ədalətli insan kimi bu gün də öz müasiri olan nəsillərin yaddaşında müsbət obrazı ilə qalmaqdadır. Həm siyasi əqidəsinə, ideoloji baxışlarına, həm də maarifçilik fəaliyyətinə görə özünün vətənpərvər Azərbaycançı obrazı ilə xüsusi rəğbətlə anılan Ələkbər Nuru oğlu Quliyevin xatirəsi onun əqidə yoldaşlarının və Naxçıvan təhsil ictimaiyyətinin qəlbində daim yaşayacaqdır.
Elman Cəfərli,
YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputat
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



