“Deməzdim ki, Fransa prezidenti Emmanuel Makron Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinə susqunluq nümayiş etdirir. İlk növbədə onlar BMT-nin Təhlükəsizlik Şurasında məsələni qaldırdılar, amma artıq məsələ həll olunub, Fransanın təklifi fiaskoya uğradı”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, artıq Fransa da reallığı başa düşüb, dərk etdi ki, onun bütün proseslərdə bu kimi fəaliyyəti mənfi nəticələrə gətirib çıxaracaq: “Ortada Türkiyə faktoru var. Ümumiyyətlə, Türkiyə Fransanın bir çox regionlarda fəaliyyətinin qarşısını alıb və Cənubi Qafqazda da Fransa Türkiyə ilə rəqabətə girdi, lakin uduzdu. Azərbaycanın prinsipial mövqeyindən geri çəkilməməsi və beynəlxalq hüququn Azərbaycanın yanında olması Makronun qərarlarına təsir edən əsas faktorlardan biri oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə