Bəhruz Quliyev: “Bu üç partiyanın xəyanətkar əməli ikrah hissi yaradır" - AÇIQLAMA
“Azərbaycan mediası, həmişə olduğu kimi, yenə də özünün uğurlu fəaliyyətini davam etdirir. Mediamız Azərbaycan ictimaiyyətinin, cəmiyyətinin keyfiyyətli informasiya ilə təmin olunması funksiyasını uğurla yerinə yetirir. Yaşadığımız dövr yeni media dövrüdür. Media texnoloji baxımdan inkişaf dövrü keçir və buna uyğun olaraq özünün nəzəri yanaşmasını yeni dövrün tələblərinə uyğunlaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.
Media Qrupunun rəhbərinin sözlərinə görə, “Əkinçi” ənənələri üzərində bərqərar olan mətbuatımızın milli-dövlətçilik məsələlərinə həssas yanaşması təqdirəlayiqdir: “Xüsusilə, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı həssas dönəmdə mətbuatımızın necə faydalı fəaliyyətlə məşğul olduğunu gördük. Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olundu. Media monolit komanda kimi prosesdə aktiv iştirak etdi. Ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Məsələyə ümumi baxış budur. Bu gün də Azərbaycan mediası ayıq-sayıq olmalıdır. Rəsmi mənbələrə istinad da önəmlidir. Jurnalist peşə marağını vətəndaşın hüquqlarından üstün tutmalıdır.
Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəldilmiş hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinin həyata keçirildiyi bir dönəmdə media da öz üzərinə düşən məsuliyyəti dərk etməli vətəndaş cəmiyyəti institutu kimi Azərbaycan dövlətinin və Ali Baş Komananın yanında olmalıdır. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi halda təəssüflər olsun ki, yenə də AXCP, Müsavat, REAL partiyaları öz xəyanətkar mövqeyindən əl çəkmirlər”.
Bəhruz Quliyev əlavə edib ki, təəssüfləndirici haldır ki, Vətənin həm çətin, həm şərəfli günündə üç siyasi partiya – AXCP, “Müsavat”, REAL həmrəylik dərsindən kəsildi: “Halbuki, həmişə hansısa bir ermənipərəst mərkəzin çağırışına dərhal mitinq və ya etiraz aksiyası ilə cavab verənlər həsrətlə gözlənilən bir gündə xalqın və dövlətin yanında olmadı. Başqa sözlə, bu populist qruplaşmalar ümummilli məsələdə vahid mövqedən çıxış etmək qabiliyyəti göstərə bilmədilər. Bu üç partiyanın xəyanətkar əməli ikrah hissi yaradır. Hər zaman Qarabağ məsələsində vahid mövqe nümayiş etdirilməsinin xalqımızın haqqı və hüququ hesab etmişik. Bütün təmaslarımızda apardığımız davanın həm beynəlxalq hüquqa, həm də Azərbaycan Konstitusiyasına söykəndiyini bildirmişik. Onu da vurğulamışıq ki, Azərbaycana qarşı hər hansı bir növbəti təhdid yaranacağı təqdirdə cəmiyyət olaraq bir yumruq kimi birləşib ölkəmizin bütövlüyü çərçivəsində yenidən mübarizə aparacağıq. Çünki bu məsələdə müxalif mövqe, fərqli düşüncə ola bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB