“Avtomobil yolunun tikintisi ilə bağlı sərəncam böyük əhəmiyyət daşıyır” - DEPUTAT DANIŞDI

“Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi ilə bağlı cənab Prezident tərəfindən imzalanan sərəncam çox böyük əhəmiyyət daşıyır. Bu gün Qarabağda böyük abadlıq, quruculuq işləri həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Qarabağda görülən işlərlə paralel olaraq bölgələrimizdə quruculuq işlərinin görülməsi ölkə başçısının xalqımıza olan diqqət və qayğısının növbəti göstəricisidir: “Bu gün Azərbaycanın hər yerində abadlıq, quruculuq işləri aparılır.

Dövlətimiz əhalinin rifahının yaxşılaşdırılması üçün vacib addımlar atır. Gələcəkdə də bu istiqamətdəki layihələr davam etdiriləcək. Bu da bölgə və rayonlarımızın inkişafına öz müsbət töhfəsini verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə