Britaniya səfiri Xankəndiyə yükdaşımaların başlamasını alqışlayır
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının Qarabağ ermənilərinə ərzaq çatdırmaq üçün açılmasını alqışlayır.
SİA xəbər verir ki, bu barədə səfir Ferqus Auld "X" hesabnda paylaşım edib.
"Britaniya Ağdam-Xankəndi və Laçın yollarının BQXK nəqliyyat vasitələrinin Qarabağ ermənilərinə ərzaq çatdırması üçün açılmasını alqışlayır. Biz ümid edirik ki, bu yollardan müntəzəm istifadə etməklə BQXK həyati əhəmiyyətli yardımların çatdırılmasına davam edəcək", - paylaşımda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB