“Tacikistanla Orta Asiya ölkəsi kimi əlaqələrin gücləndirilməsi önəmlidir“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Tacikistanla Orta Asiya ölkəsi kimi əlaqələrin gücləndirilməsi önəmlidir“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident İlham Əliyevin Tacikistana səfəri böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Orta Asiya respublikaları ilə əlaqələrini genişləndirir, daha da gücləndirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Tacikistanla Azərbaycan bir sıra istiqamətlər üzrə münasibətlərini inkişaf etdirir: “Əlaqələrin bu minvalda inkişafı isə dövlətimizin daha da güclənməsində mühüm rol oynayacaq. Baş tutan görüşlərdə də bir sıra məsələlər müzakirə edilib. Azərbaycan bir sıra türk respublikaları ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq edir, münasibət qurur. Lakin bu gün Tacikistan TDT-ə üzv olmasa da Orta Asiya ölkəsi kimi əlaqələrin gücləndirilməsi önəmlidir. Hesab edirəm ki, cənab Prezidentin səfəri də əlaqələrin daha sürətlə inkişafına müsbət təsir göstərəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə