“Ermənistanın destruktiv addımları aradan qaldırılmalıdır” POLİTOLOQ ŞƏRH ETDİ
“Bölgədə vəziyyət kifayət qədər gərgin olaraq qalır. Ermənistanın Azərbaycanla şərti sərhədə qoşunlar cəlb etməsi və Rusiya sülhməramlılarının olduğu bölgədə təxribatların davam etməsi fortifikasiya profikasiya qurğularının yaradılmasına cəhdlər burada kənd təsərrüfatı işləri adı altında bəhanələrin gətirilməsi əlbəttə ki, eskalasiya riskini gücləndirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, müharibə ilə bağlı çağırışlarda hiss edilməkdədir və bütün bu gərginliyi aşağı salmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı oldu: “Bu telefon danışığından sonra sanki müharibə iddiaları və mülahizələri aradan qaldırıldı. İstənilən halda Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülhdən yayınması və sülh müqaviləsinin imzalanmasına dair bütün işləri tormuzlaması gərginliyin inkişaf etməsinə səbəb olur. Düşünürəm ki, erməninin destruktiv addımları aradan qaldırılmalıdır. İstənilən halda burada, məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda sülh yaratmaq istiqamətində cəhdləri yüksək qiymətləndirilməlidir. Burada Türkiyənin də əsas istəyi sülh və barış yönündədir və təhlükəsizliyin gücləndirilməsi istiqamətindədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB