Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması məlumatı tamamilə yalandır - MN
Sentyabrın 13-ü saat 03:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə SİA-ya Azərbaycanın Müdafiə Nazirliyindən (MN) bildirilib.
"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB