Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vecnəli kəndində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına məxsus olduğu iddia edilən meyitlərin qalıqlarının ekskumasiya edilməsi ilə bəzi məqamlar ortaya çıxır və bununla bağlı məsələlər diqqəti cəlb edir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən tamamilə haqlı və qanuni olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımla bağl 103-cü, əhalinin deportasiyası və ya məcburi köçürülməsi ilə bağl 107-ci, qəsdən adam öldürmə 120.2.12-ci və digər eyni dərəcədə ağır normativ xarakterli cinayət əməlləri ilə cinayət işlərinin başlanması heç də təsadüfi deyl. Artıq tam şəkildə araşdırma aparılır və ciayətlərə görə qanun qarşısında cavab verməyin tam zamanı çatıb.
Tapıntılar və ekskumasiya nəticəsində üzə çıxan faktlar şok salıcıdır və işğalçıların qeyri-insani xarakterini, mahiyyətini ortaya qoyur. Sözsüz ki, vandalların Birinci Qarabağ müharibəsi zamanı törətdikləri faktlar təkcə bu deyil və belə faktlarla dəfələrlə rastlaşmışıq. Bu cür sarsıdıcı tapıntı bir neçə dəfə ortaya çıxıb və hər biri erməni vandallığının, vəhşiliyinin sübutudur. Xatırladığımız kimi, ötən ilin martında da Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat vermişdi ki, Azərbaycan ordusunun əsgərləri Xocalı rayonunun Fərrux kəndi yaxınlığında mühəndis işləri apararkən meyitlərin qalıqlarını aşkar ediblər. Taplan meyit qalıqları ötən əsrin 90-cı illərində Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüş 62 hərbi qulluqçundan üçünə aid olduğu güman edilir. Diqqətə çatdıraq ki, ötən əsrin 90-cı illərində təkcə Fərrux yüksəkliyində deyil, həmin yüksəklik yaxınlığında yerləşən Pirlər kəndində 46 Azərbaycan hərbçisi, Əliağalı kəndi yaxınlığında isə daha 11 nəfər itkin düşüb. Heç şübhəsiz ki, onlara qarşı da belə vandallıq törədilib və bu cinayətlərə görə də erməni vandalları, cinayətkarları cavab verməli olacaqlar, özü də qanun qarşısında.
Nəzərə çatdıraq ki, Azərbaycan tərəfinin itkiləri ilə bağlı rəqəmlər erməni işğalçılarının vəhşiliklərini, qəddarlığını, qaniçənliyini bir daha sübut edir. Ümumiyyətlə, hazırda Qarabağda ötən əsrin 90-cı illərindən bəri 4 mindən çox azərbaycanlı itkin düşmüş hesab olunur. Bu bir xırda rəqəm sayıla bilməz. Bunun üstündən keçmək, nəzərə almamaq mümkün deyil. Çünki çox böyük rəqəmdir və soyqırm kimi tanınan cinayətkarlığın əsl sübutu, isbatıdır. Təsadüfi deyil ki, rəsmi Bakı dəfələrlə İrəvanı bu azərbaycanlıların taleyi ilə bağlı məlumatı gizlətməkdə ittiham edib, özü də haqlı olaraq ittiham edib. Amma görünən odur ki, Ermənistan tərəfi bununla bağlı cavab verməkdən yayınmaq fikrindədir, çünki bunun ağır cinayət olduğunu ermənilər özləri də çox yaxşı bilirlər. Hətta Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə müraciət edərək problemin həllinə yardım da istəyib. Amma yenə də görünən odur ki, susmaqla işlərini bitmiş hesab edirlər. Təbii ki, sona qədər belə davam edə bilməz və bunun bir cavabdehliyi, cinayətə görə qanun qarşısında cavab vermək gərəkir.
Təəssüf ki, azərbaycanlılara qarşı, özü də Azərbaycan torpağında belə açıq-aşkar, dəhşətli cinayətlər törədildiyinə görə Ermənistana qarşı hələ də heç bir sanksiya tətbiq edilməyib. Sanksiyaların tətbiq edilməməsi, qanunsuz hərəkətlərə, ələlxüsus da cinayət əməllərinə görə cəzasızlıq səbəbindən Ermənistan tərəfi məsələlərin heç birinə bu zamana qədər məhəl qoymayıb. Bildiyimiz kimi, 30 ilə yaxındır ki, işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinə Ermənistan tərəfində məhəl qoyulmayıb. Yəni əməl edilməyib. Bu isə təsadüfi və səbəbsiz deyildi. Səbəb də məhz qanunsuzluğa, cinayət əməllərinə görə cavab verilməməsi, məsuliyyətə cəlb edilməməsi, qanun qarşısında ittiham olunmamaqdır. Məhz elə bu səbəbdən də artıq cinayətə görə cavab vermə zamanı çatıb. Bunu ələlxüsis dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar nəzərə almalıdırlar ki, törətdiyi cinayətlərinə görə Ermənistan tərəfi cavab verməsə bundan sonra da çəkinmədən cinayət əməllərinə əl atmaqdan çəkinməzlər. Bu isə təbii ki, təkcə Azərbaycan cəmiyyəti üçün deyil, bütövlükdə dünya ictimaiyyəti üçün diqqətdən yayınacaq məqam deyil. Çünki törədilən cinayətlər insanlığa qarşıdır və buna görə mütləq qanun qarşısında cavab verilməlidir.
Ən acınacaqlı, ən təəssüf doğuran məqam əlbəttə ki, Ermənistanım bu qədər barbar, bu qədər qeyri-sivil mahiyyətini açıq-aşkar nümayiş etdirdiyi halda, beynəlxalq strukturlar tərəfindən bu ölkəyə qarşı bir dənə də sərt addımların atılmamasıdır. Təsadüfi deyil ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni erməni silahlı birləşmələri hələ də hansısa yollarla saxlanılmaqdadır, başqalarını yerləşdirilməkdədir və bunu hələ də elə bil dünya görə bilməyib. Rəsmi İrəvan hələ də Azərbaycanın həmin ərazilərindəki qanunsuz silahlı dəstələri maliyyələşdirir və bundan çəkinmir də. Sözsüz ki, bütün bunlar təxribatçılıq əməlləridir. Belə təxribatçılıq əməllərinə ermənipərəst siyasətçilərin dəstək verməsi qəbul edilən deyil, çünki insanlıq üçün faciə törətməyin dəstəklənməsi ümumiyyətlə ağla sığan deyil. Amma bunun da bir sonu olmalıdır və görünür artıq cavab verməyin zamanıdır.
Azərbayca tərəfi düz 30 ilə yaxın müddətdə BMT-nin məlum dörd qətnaməsinin icrasını gözləsə də bunun bir nəticəsi olmadı. Əksinə, Ermənistan tərəfi belə olduğu təqdirdə yeni-yeni torpaqların işğalına niyyətləndilər və təxribat törətməkdən çəkinmədilər də. Sözsüz ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərində olan gücsüz bir ölkə deyil və Ermənistan tərəfinin törətdikləri təxribatlara cavab olaraq, öz torpaqlarını öz gücü, qüdrəti hesabına işğaldan azad etdi. Özü də ən qısa zamanda. Cəmi 44 gün ərzində işğal olunmuş ərzilərimiz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun rəşadəti, şücaəti və bir də xalqımız həmrəyliyi, birliyi sayəsində işğaldan azad edildi. Bunu bütün dünya ictimaiyyəti müşahidə etdi, gördü. Gördü ki, Azərbaycan öz torpaqlarını, ərazi bütövlüyünü, suverenliyini, haqq və hüquqlarını müdafiə etmək əzmindədir. Onu da gördü ki, ölkəmiz haqlı mübarizəyə başladığı zaman kimsə mane ola da bilmədi və heç bundan sonra da mane ola bilməz. Deməli, indi artıq aparılan araşdırılmalar, tapılan, ekskumasiya edilən cəsədlər üzərində vəhşilik, cinayətkarlıq əməllərinə görə Ermənistan tərəfinin cavab verməsi məsələsində də ölkəmizin qətiyyətli olacağına kimsədə şübhə qala bilməz. Bu baxımdan, çox güman ki, Ermənistan tərəfinin törətdiyi cinayət əməlləri, erməni vandallarının vəhşiliklərinə artıq beynəlxalq miqyasda dırnaqarası baxıla bilməz. Əks halda bunun nə demək olduğunu yəqin ki, beynəlxaq təşkilatlar da, dünya ictimaiyyəti də çox yaxşı başa düşür.
Qərb siyasətçilərinin, ələlxüsus rəsmi Bakıya təzyiq göstərməyə çalışan, can atan beynəlxalq təşkilatların erməni vandallarının vəhşiliklərinə, Ermənistan tərəfinin cinayətkar əməllərinə, cinayətlərinə adekvat cavab verməsinin tam vaxtıdır. Dünya ictimaiyyəti, beynəlxaq təşkilatlar, ümumiyyətlə, hər kəs belə bilməlidir ki, cinayətlər törədən, vəhşiliklərə imza atan işğalçı ölkəyə deyil, işğalın qurbanı olan ölkəyə təzyiqlər edilməsi ən böyük rüsvayçılıqdır. Ermənistanı törətdiyi külli miqdarda cinayətlərə görə hələ də qınamamaq biabırçılıqdır. Bu rüsvayçılıq, bu biabırçılıq isə əlbəttə ki, sonsuza qədər davam edə bilməz və həmin beynəlxalq təşkilatlar da bilirlər ki, qanunsuzluğa, cinayətə görə cavab tələb edilməməsi, artıq hər birinin öz imicini yoxa çıxarması deməkdir. Heç şübhəsiz ki, bu məqamda nə həmin o beynəlxalq təşkilatlar, nə də ümumilikdə dünya ictimaiyyəti cinayətkarlığa artıq barmaqarası baxa bilməyəcəklər və cinayətkarların öz adları ilə çağırılmasının zamanıdır. Ən əsası da rəsmi İrəvan bütün bunları göz önünə almalı və bilməlidir ki, Cinayətə görə cavab vermə zamanı çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB