Ərdoğan Paşinyan görüşü nə ilə yadda qaldı? - POLİTOLOQ ŞƏRH ETDİ
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu telefon danışığında təbii ki ilk növbədə son günlərdə Ermənistan- Azərbaycan arasında artan gərginlik müzakirə mövzusu olub”. Bunu SİA-ya açıqlamasında politoloq Mətin Məmmədli dəyib.
Onun sözlərinə görə, telefon danışığından əvvəl Türkiyə prezidenti son zamanlar regionda artan gərginliklə bağlı öz mövqeyini açıq ifadə etmişdi və qeyd etmişdir ki, Ermənistanın artan təxribatçı hərəkəti bölgədə sülhə təhlükə yaradır: “Türkiyə prezidenti Ermənistanı belə təxribatçı fəaliyyətdən, addımlardan çəkinməyə çağırmışdı. Rəcəb Tayyib Ərdoğanla Paşinyan arasında olan bu telefon danışığında Türkiyə prezidenti bu mövqeyini Ermənistanın Baş nazirinin diqqətinə çatdırıb. Yəni Ermənistanı bölgədəki o destruktiv mövqedən imtina etməyə və bölgədə sülhə, əmin-amanlığa təhdid yaradan addımlar atmaqdan çəkinməyə çağırıb. Düzdü bu telefon danışığından sonra geniş bir açıqlama verməyib. Ümumi olaraq, ikitərəfli və regional məsələlər, regionda olan vəziyyət müzakirə olunub. Bir sözlə, əminəm ki, telefon danışığında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz mövqeyini növbəti dəfə Ermənistanın Baş naziri Nikol Paşinyanın diqqətinə çatdırıb. Yəni Türkiyə bölgədə davamlı sülhün və əmin-amanlığın yaranmasında maraqlıdır. Təəssüf ki, Ermənistanın regionda apardığı siyasət sülhə təhdid yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB