“Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımırıq”

“Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımırıq”

Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq, eyni zamanda, orada keçirilən qondarma “prezident seçkiləri”ni də tanımırıq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Mille mətbuat üçün brifinqində deyib.

Dövlət Departamentinin mətbuat katibi bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken tərəfləri gərginlik yaradacaq addımlardan çəkinməyə, dialoqa çağırıb.

Metyu Mille vurğulayıb ki, rəsmi Bakı ilə İrəvan arasında dialoq vacibdir: “ABŞ Azərbaycan və Ermənistan arasında həll olunmamış məsələlərin həlli istiqamətində səyləri, birbaşa dialoqu davamlı şəkildə dəstəkləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə