“Dövlət əhəmiyyətli paylaşımlar düşmənimizə informasiya ötürməkdir” - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“Dövlət sirri elə bir şeydir ki, o hər kəsin əlinə keçmir. Dövlət sirri xüsusi qayda da qorunur və kiminsə əlinə keçməsi də istisnadır. Amma bəzən informasiya sızır, ələ keçirilir. Həmin məlumat yayımlandıqda isə dövlət üçün təhlükə yaranır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, elə informasiya və görüntülər var ki, onlar heç bir şəkildə qoruna bilmir: “Son günlər ən çox müzakirəyə səbəb olan məsələlərdən biri də budur. Belə ki, hərbi texnikanın və canlı qüvvənin yerdəyişməsi ilə bağlı görüntülərin yayımlanması da bu qəbildəndir. Təbii olaraq ölkə ərazisində canlı qüvvə və texnika bir yerdən digər yerə hərəkət edir və kiçik bir şey olmadığından da gizlədilməsi mümkün olmur, insanların gözü qarşısında baş verir. Dövlət də məhz buna görə çağırış edir ki, bu cür hallarla qarşılaşdıqda çəkib, paylaşmaq düzgün deyil. Çünki bu birbaşa olaraq düşmənimizə informasiya ötürməkdir.
Bütün bunları nəzərə alaraq, vətəndaşlar paylaşımlarında son dərəcə diqqətli olmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB