“Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq yeni səviyyəyə yüksəlir və yeni mərhələdən keçir. İki ölkə arasında münasibətlərin səviyyəsi və intensivləşməsi dövlət başçılarının qarşılıqlı səfərlərindən asılıdır”. SİA xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 4 ayda Qazaxıstan Məclisinin nümayəndələrinin, Baş nazirinin, mədəniyyət nazirinin və digərlərinin Azərbaycana səfəri əməkdaşlığımızın səviyyəsindən xəbər verir: “Ölkələrimiz arasında etimada əsaslanan dialoq münasibətlərimizin dinamizminin açarıdır. Orta Dəhliz məsələsi gündəmdədir. Bizim üçün mühüm tərəfdaşlıq sahələri ticarət-iqtisadi və investisiya əməkdaşlığıdır.
İki ölkə arasında ticarət dövriyyəsinin dinamikası çox yaxşıdır. 2022-ci ildə ticarət dövriyyəsi 460 milyon dollara yüksəlib, bu ilin 6 ayında isə əmtəə dövriyyəsi artaraq 300 milyon dollar təşkil edib.
Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi çox vacibdir. Bu layihə üzrə praktiki işlərə yaxın vaxtlarda başlanılacaq. Bütün bunlar ölkələrin telekommunikasiya müstəqilliyini təmin etmək və informasiya təhlükəsizliyini qorumaq üçün edilir.
Azərbaycan və Qazaxıstan regionda mühüm əhəmiyyətə malik ölkələrdir və buna görə də geniş kontekstdə əməkdaşlıq çox vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB