“Bu cür dezinformasiyaları Ermənistan tərəfi qəsdən yayır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Ermənistanla Azərbaycan arasında şərti sərhəddə və Qarabağ iqtisadi rayonunda gərginlik davam edir. Bunun əsas səbəbi təbii ki yekun sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistandır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.

Onun sözlərinə görə, bu cür dezinformasiyaları da Ermənistan tərəfi qəsdən yayır: “Burada məqsəd ermənilərin yazıq, əzabkeş imicini yaratmaq və Azərbaycanı destruktiv, təcavüzkar kimi göstərməkdir. İrəvan çalışır ki, Azərbaycan əleyhinə formalaşmış beynəlxalq qrupun əlinə əlavə bəhanələr versin”.
Elman Cəfərli sözlərinə belə davam edib: “Ən başlıcası isə hesab edirəm ki, bu ermənilərin Rusiya əleyhinə demarşıdır. Paşinyan iqtidarı Rusiyaya qarşı siyasətini davam etdirir. Bu cür xəbərləri yaymaqda məqsəd Rusiyanın bölgədə sülhü və sabitliyi qoruya bilməməsi haqqında rəy yaratmaqdır. Bununla İrəvan bölgəyə yeni beynəlxalq müşahidəçiləri gətirmək istəyir. Ancaq bu cür ucuz piar siyasəti fayda verməyəcək. Ermənistan gec-tez anlayacaq ki, bölgədə sabitliyin yeganə təminatı Azərbaycanla ədalətli sülhün imzalanmasıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB