“Makronun yanlış siyasəti Fransanın mövqeyini kifayət qədər sarsıdıb” - POLİTOLOQ ŞƏRH ETDİ

“Makronun yanlış siyasəti Fransanın mövqeyini kifayət qədər sarsıdıb” - POLİTOLOQ ŞƏRH ETDİ

“Fransa bu gün Ermənistan vasitəsilə Rusiyaya qarşı həm yeni bir cəbhə formalaşdırmağa, həm də Cənubi Qafqaz regionunda təmsilçilik əldə etməyə çalışır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu gün Qafqazın geopolitik və coğrafi mövqeləri kifayət qədər güclənib: “Xüsusilə post-pandemiya dövrünün yeni siyasi konfiqurasiyalarda Qafqaz regionunun qlobal siyasi əhəmiyyəti kifayət qədər artıb. Bu isə gələcəkdə dünya iqtisadiyyatı üçün yeni bazarlar, yeni dividentlər deməkdir. Təbii olaraq bu Fransanı cəlb edir. Fransa isə Azərbaycanla münasibətlərini tamamilə korlayaraq, birbaşa Ermənistana bel bağlayıb. Amma bu gün Makronun həyata keçirdiyi yanlış siyasət təkcə Cənubi Qafazda deyil, bütün dünyada Fransanın mövqeyini kifayət qədər sarsıdıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə