"Erməni təxribatına layiqli cavab verilir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
“Ermənistan humanitar yüklə başladığı Azərbaycana qarşı kampaniyada heç bir nailiyyət əldə etməyəndən sonra dünya ictimaiyyətinin diqqətinin sərhəddə baş verən hadisələrə yönəltmək niyyətindədir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır: "Bizim üçün Ermənistan tərəfinin hansı məqsədlə təxribatlar törətdiyi çox da önəmli deyil. Bizim üçün vacib olan Ermənistan tərəfindən atəş açılan mövqelərin məhv edilməsi və həmin mövqelərin üzərində Azərbaycan bayrağının və əsgərinin həmin ərazilərdə yerləşdirilməsidir. Bir sözlə, təxribatın hansı ərazidən törədilməsi bizim üçün əhəmiyyət daşımır".
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB