Ermənistanın iki hərbçisi partlayış zamanı ölüb

Ermənistanın iki hərbçisi partlayış zamanı ölüb

Ermənistan Müdafiə Nazirliyi iki hərbçinin mühəndis işlərini yerinə yetirərkən baş verən partlayış nəticəsində öldüyünü bildirib. Bu barədə SİA yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, dünən saat 17:30 radələrində mühənsiz işləri - yol tikintisi zamanı partlayış baş verib. Ölənlər mayor Arman Rubikoviç Babacanyan və əsgər Artur Haykoviç Poqosyandır.

Hadisənin başvermə şəraiti araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə