Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib

Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə