Rusiyanın Azərbaycandakı səfiri Müslüm Maqomayevin məzarını ziyarət edib

Rusiyanın Azərbaycandakı səfiri Müslüm Maqomayevin məzarını ziyarət edib

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Müslüm Maqomayevin məzarını ziyarət edib. SİA xəbər verir ki, bu barədə Rusiya səfirliyi “X”də məlumat yayıb.

"2023-cü il avqustun 17-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov görkəmli sovet opera və estrada müğənnisi Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü münasibətilə onun abidəsi önünə əklil və gül dəstələri qoyub", - paylaşımda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə