Azərbaycanın mükəmməl qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra ermənilərin hələ də özlərinə gələ bilmədikləri göz önündədir. Zəfərimiz erməni cəmiyyəti tərəfindən hələ də həzm edilmir və hər dəfə hansısa müstəvidə narazılıq ifadə edəndə ermənilər elə zənn edirlər ki, guya aktiv fazaya keçiblər, hansıki bunu özləri üçün bir növ təskinlik də hesab edirlər. Amma görək, onların bu dəfə, guya “Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və nəticədə humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar” BMT Təhlükəsizlik Şurasına fövqəladə iclasın keçirilməsi xahişi ilə müraciət etmələri aktiv fazaya keçməkdir, yoxsa, özlərini daha kritik hala sürükləmələri?
Erməni cəmiyyətinin sadəlövhlüyü barədə bəyan etmək kimi bir fikrimiz yoxdur. Tarix boyu hiyləgərliklərinin şahidi ən çox elə biz olmuşuq. Bu dəfə də gördük ki, haqqında qeyd etdiyimiz müraciətdən öncə kütləvi diplomatik və siyasi hazırlıqlar da aparıblar. Yük maşınları ilə humanitar şou təşkil edən ermənilərin bunu məhz müraciət öncəsi etmələri də təsadüfi deyildi. Bütün bunlar əvvəlcədən hiyləgərliklə hazırlanmış şou idi və yaratdıqları görüntü ilə də hansısa bəhanə əldə etdiklərini düşünürlər. Deməli, qeyd etdiyimiz kimi, hər bir addımları əvvəlcədən hiyləgərliklə düşünülmüş olub və heç də erməni cəmiyyətinin yazıq və məzlum olması təsəvvürünü, yaxud da obrazını yaratmaq niyyəti çox gülünc görübür. Buna BMT-də kiminsə inanacağı şübhə doğurur, təbii ki, ermənipərəst qüvvələrdən başqa.
Görünən odur ki, erməni cəmiyyəti illüziyaların əsirində qalmaqda davam edir. Hələ də bəzi axmaqlar elə hesab edirlər ki, “miatsum” kimi sərsəm ideyaları gerçəkləşə bilər. Yaxud, “revanşizm” kimi ağılsız xəyallar qurmaqla öz xalqını kritik vəziyyətə, daha ağır faciələrə sürükləyənlər nə qədər tez bunun fərqində olsalar özləri üçün bir o qədər yaxşı olar. İndi də diplomatik müstəvidə nəyə isə nail olmaq istəyənlər sadəcə, möcüzəyə ümid edənlərdir. Onlara sehrli çubuğun fövqəladə gücü kömək edəcək, yoxsa Ermənistanın dünya ölkələri üçün hansısa maraq dairəsində olması? Hələ də möcüzələrə inanmaq zənnimizcə yetər və ermənilər belə möcüzələrdənsə, reallıqları, Azərbaycanın yaratdığı reallıqları görsələr, dəyərləndirsələr yaxşıdır, çünki həmin reallıqları artıq dünya ictimaiyyəti, dünya ölkələri, beynəlxalq təşkilatlar görürlər də, qiymətləndirirlər də. Belə olan halda, heç bir maraq dairəsində olmayan Ermənistanın istəkləri, özü də reallıqdan, normalardan, qanunlardan kənar istəkləri haqqında düşünülməməlidir və bunu onlar yəqin ki, bu dəfə daha yaxşı müşahidə etmiş olacaqlar. Belə bir müşahidə isə onların özlərini daha da kritik vəziyyətə saldıqlarını görmələri üçün kifayət etməlidir, təbii ki, əgər bunu görmək, dərk etmək istəyirlərsə.
“Azərbaycanla imzalanmış, Ermənistan üçün öhdəlik yaradacaq başqa heç bir sənəd yoxdur. Ərazilərin tanınması ilə bağlı bəyanatlara gəlincə, bunlar sadəcə siyasi bəyanatlardır”, deyən xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan bununla, iki il yarım ərzində aparılan danışıqlarda əldə edilən hər şeydən praktiki olaraq imtina edir. Ermənistanın 2020-ci il noyabrın 10-dan sonra bir dənə də olsun sənəd imzalamadığını söyləyən Marukyan bununla onu demək istəyir ki, bütün bəyanatlar sadəcə siyasi xarakter daşıyır və Ermənistan üçün öhdəlik yaradacaq başqa heç bir sənəd yoxdur. Görünür, indi BMT-yə müraciət edən erməni diplomatiyası elə onun sözlərindən, fikirlərindən ilamlanıb. Amma BMT kimi bir beynəlxalq qurum belə axmaq təfəkkür sahiblərinin fikirlərindən ilhamlanası deyil, əksinə, bu qədər mötəbər bir beynəlxalq təşkilat erməni cəmiyyətinin, onların diplomatiyasının iç üzünü bununla artıq görmüş olub və belə olan təqdirdə onların hansı kritik vəziyyətdə, hansı kritik məqamda olmalarını təsəvvür etmək çətin deyil.
Təkcə biz yox, bütün dünya ictimaiyyəti bilir ki, ermənilər hər zaman özlərinin bütün xalqlardan daha üstün oldularını, tarixi köklərə sahib oldularını, hətta böyük ərazilərinin olduğunu iddia edirlər, halbuki həqiqət bu deyil və tamamilə əksinədir. Yaxud da iddia edirlər ki, guya bu yekəlikdə xalq, ya da guya bu yekəlikdə mədəniyyətə malik xalq daha çoxuna layiqdir və böyük ərazilər də bunlara məxsus olmalıdır. Bütün bu ideyalar və ümumilikdə ideologiya bizə ötən əsrin birinci yarısında faşizmin, Hitler Almaniyasının ideologiyasını xatırladır. Məhz dünyanın ən ali irqi kimi özlərini təqdim edən faşistlər bunun müqabilində hər şeyin, böyük ərazilərin onlara məxsus olmalı olduğunu iddia edərək müharibəyə başladılar. Bəşəriyyət bunun acısını çəkmiş oldu, belə bir ideologiya nifrətlə xatırlandı və 1945-ci ildə faşizmə qarşı qələbə çalındıqdan sonra dünya elə bir qənaətə gəldi ki, belə düşünmək və belə iddiada olmaq qəbuledilməzdir. Məhz nasizm üzərində qələbədən sonra dövlətlərin sərhədlərinə hörmətlə yanaşan müasir beynəlxalq hüquq yarandı və buna uyğun olaraq Qarabağın Ermənistan tərəfindən işğalı illərində dünyanın heç bir ölkəsi Azərbaycanın ərazi bütövlüyünə etiraz etmədi. Bu təsadüfi deyildi, çünki nasist infeksiyasını hələ də daşıyan ermənilərin ideyaları da bəşəriyyət üçün təhlükəli sayılırdı. Erməni ideologiyasının nasizmlə qırılmaz şəkildə bağlı olması nə bizim üçün, nə Avropa üçün, nə də ümumilikdə dünya üçün təəccüblü deyil. Belə olan halda indi erməni diplomatiyası nəyə ümid edə bilər? “Böyük Ermənistan” xülyası və ideyası ilə “kiçik Ermənistan“ BMT Təhlükəsizlik Şurasından nə istəyir, yaxud nə istəyə bilər? Eynən faşistlər kimi, ali irq iddiası ilə onlara hansısa torpaqların “hədiyyə” olunmasını, yoxsa qanunsuz əməllərinə haqq qazandırılmasını? Bəlkə, elə zənn edirlər ki, öz ərazisində Sərhəd Buraxılış Məntəqəsi qurduğu üçün Azərbaycanı hədəfə alması dəstəklənəcək? İndi erməni cəmiyyəti başa düşməli, erməni diplomatiyası da nəzərə almalıdır ki, məhz sadalanan faktlar fonunda BMT tərəfindən layiqincə onların cavabı veriləcək. Deməli, başa düşməlidirlər ki, hansısa beynəlxalq təşkilata, quruma müraciət etməklə, aktiv fazaya keçmirlər, özlərini daha kritik vəziyyətə salırlar.
Sözsüz ki, BMT Təhlükəsizlik Şurası hər hansı ədalətsiz qərar vermiş olsa bu, bölgədəki vəziyyəti çətinləşdirə, sülhü gecikdirə bilər. Bunun da nəzərə alınmayacağı mümkünsüzdür və hər halda beynəlxalq qurum vəziyyətin gərginləşməsini istəməz. Eyni zamanda onu da diqqətə çatdıraq ki, ədalətsiz qərar verilmiş olsa belə, yenə də bunun acısını ermənilər çəkəcəklər və Ermənistan bundan zərər görəcək. Deməli, istənilən halda ermənilərin, Ermənistanın vəziyyəti kritik ola bilər. Azərbaycan tərəfi üçün veriləcək qərar heç bir əhəmiyyət kəsb etmir. Bu qərar ədalətli olsa da, olmasa da Azərbaycan öz mövqeyindən zərrə qədər geri çəkiləsi deyil. Yəqin ki, həmin o BMT adlı beynəlxalq qurumun məlum dörd qətnaməsini yerinə yetirməkdən 30 il ərzində həyasızlıqla imtina edən haqsız ermənilər, həmin qətnamələrin reallaşmasını öz hesabına, özü gerçəkləşdirən, torpaqlarını işğaldan azad edən, haqlı mövqedə olan Azərbaycanın buna əzminin çatacağını daha yaxşı bilirlər. Deməli, özlərini boş yerə dağa-daşa salan, guya aktiv fazaya keçdiklərini zənn edənlər, əslində özlərini daha kritik vəziyyətə salmış olublar, çünki onlar həm layiqli cavablarını alıb yerlərində oturdulacaqlar, həm də sülh prosesini ləngidən damğası almaqla artıq Azərbaycanın daha kəskin tədbirlər görməsinə rəvac vermiş, zəmin yaratmış olurlar. Bunun da ermənilər üçün nə demək olduğunu özləri 44 gün ərzində çox yaxşı başa düşüblər və dəmir yumruğun daha da bərkidiyinə indi daha çox əmindirlər.
Ermənistan yalanları ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, bu bəllidir. Bu, BMT kimi bir beynəlxaq təşkilar üçün də sirr deyil. Azərbaycanın Qarabağda iqtisadi rayonunda ermənilərin dırnaqarası “humanitar fəlakət” kimi sırımaq istədikləri vəziyyət barədə qərar vermək istəyirsə, qoy BMT gəlib vəziyyəti öz gözü ilə görsün, sonra qərar versin. Əgər belə etməsə, verdiyi qərar ədalətli olmaz və buna da o böyüklükdə mötəbər bir beynəlxalq təşkilat yol verməz. Yəni öz imicini təhlükə altında qoymaz. Təbii ki, gəlib vəziyyəti görəcəyi təqdirdə də ermənilərin növbəti dəfə yalana əl atdığı bir daha ortaya çıxacaq və bu fakt özü də onların özlərini kritik vəziyyətə saldığını göstərir, çünki bununla bir daha hər kəs əmin olur ki, erməni cəmiyyəti beynəlxalq təşkilatları, qurumları öz yalanları ilə məşğul edir və onlardan alət kimi istifadə etmək niyyətindədir. Hər halda bu, onlar üçün arzuolunan hesab oluna bilməz.
Təkrarən qeyd edirik ki, BMT Təhlükəsizlik Şurasının qərarından Azərbaycan təsirlənməyəcək, bunun, bu qərarın necə, hansı şəkildə olmasından asılı olmayaraq. Erməni silahlılarının, qanunsuz dəstələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsini tələb edən dörd BMT qətnaməsinə əsrin az qala üçdə birinə yaxın müddət ərzində məhəl qoymayanları cəmi 44 gün ərzində buna məcbur edən Azərbaycan BMT-nin görəcəyi işi gördü. Məhz Azərbaycan regionda ədaləti bərpa etdi. Təhlükəsizliyi, sabitliyi də regionda məhz Azərbaycan bərpa etdi. Əgər BMT Ermənistan tərəfinin cəfəngiyyatına məhəl qoymuş olsa, regionu yeni bir alova sürükləməli olacaq. Təbii ki, bundan yenə də Ermənistan zərər görmüş olacaq və yenə də işğalçı ölkə kritik vəziyyətdə qalacaq, çünki yaratdığı reallığa kimlərinsə kölgə belə salmasına Azərbaycan imkan verməyəcək, sabitliyə, stabilliyə mane olan hər nə olsa hesaba alınmayacaq. Daha dəqiq desək, BMT-nin verəcəyi qərar ədalətsiz olacağı təqdirdə, erməni maraqlarını təmin edəcəyi halda, zibil qutusuna atılacaq kağız parçası olacaq. Heç şübhəsiz ki, bu reallıqları BMT Təhlükəsizlik Şurası da nəzərə almamış olmaz və nəticə yenə də erməniləri məyus edəck, çünki Azərbaycanla razılaşmaqdan, sülhə tərəf addım atmaqdan başqa bütün cəhdlərinin onları kritik vəziyyətə düşürdüyünü görməli olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB