"Erməni tərəfi nə qədər hərbi təxribatlara əl atsa belə, sonda məğlub olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Erməni tərəfi nə qədər hərbi təxribatlara əl atsa belə, sonda məğlub olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

“Son vaxtlar Ermənistan silahlı qüvvələri sərhəddə müxtəlif təxribatlar həyata keçirir. Bundan başqa Ermənistan ordusunun qalıqlarının və qondarma rejimin silahlı dəstələrinin Azərbaycanın Qarabağ iqtisadi regionunda aktivləşməsi müşahidə edilir. Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu gün həmçinin Ermənistanın kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları törətmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan ərazisinə sızmağa cəhd edib. Hərbçilərimiz erməni kəşfiyyatçılarından birini yaralı vəziyyətdə ələ keçirib. Ermənistan hamilərindən, özəlliklə Fransa və Hindistandan silah sursat və hərbi texnika alması ilə bağlı məlumatlar var". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.

Onun sözlərinə görə, görünür, Ermənistanda revanşist qüvvələr reallığı dərk edən praqmatik qüvvələri üstələyir: "Əks halda bu gördüklərimiz baş verməzdi. Kimlərsə Ermənistan rəhbərliyini inandırıb ki, lokal hərbi toqquşma ilə dnaışıqlar masasında nəyəsə nail olmaq mümkündür. Fikrimcə, Ermənistan rəhbərliyi ağıllı qərarlar qəbul etməli, kənardan qızışdırıcı mövqe tutanlara uymamalıdır. Çünki Azərbaycan dövləti və ordusu çox güclüdür. Yenə hərbi toqquşma baş verərsə, döyüş meydanında ölən fransız, hind yox, erməni əsgərləri olacaq. Hazırkı Ermənistan hökuməti ağıllı qərarlarla erməni gənclərinin məhvinin qarşısını ala bilər. Çünki bu işin geri dönüşü yoxdur. Azərbaycan güclü dövlətdir və haqlı olan tərəfdir. Qarabağ Azərbaycan ərazisidir. Ermənistan tərəfi bu həqiqəti qəbul edir. İndi qalır bu siyasi qərarı rəsmiləşdirmək. Ermənistanın xilası bundan keçir. Azərbaycan dövlətinin siyasi iradə ortadadır. Azərbaycan müharibədə qalib tərəfdir. Bizim kiminsə torpaqlarında gözümüz yoxdur. Ərazi bütövlüyümüzü bərpa etmişik, Qarabağda suverenliyimizi də bərpa edəcəyik. Zəngəzur dəhlizinin açılmasını, Qərbi azərbaycanlı soydaşlarımızın dogma yurdlarına qayıtmasını şərt kimi irəli sürmüşük. Gec-tez bu reallığı hər kəs qəbul edəcək. Erməni tərəfi nə qədər hərbi təxribatlara əl atsa belə sonda məğlub olacaq. Ən yaxşısı yeni itkilərə yol vermədən danışıqlar masasına qayıtmaq və sülh müqaviləsini imzalamaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə