Prezidentin fəaliyyətinin uğur hesabatı… - TƏHLİL

Prezidentin fəaliyyətinin uğur hesabatı… - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək"

Bəli, uğurlu idarəçiliyi təmin edən əsas faktorlardan biri hakimiyyətin öz fəaliyyəti və hədəflədiyi məsələlər barədə ölkə ictimaiyyətinə məlumatların, hesabatların verilməsidir. Qeyd edək ki, Azərbaycan Prezidenti bütün sahələrdə görülən işlərlə bağlı mütəmadi olaraq vətəndaşlarına məlumat verir. Həmçinin, dövlət başçısının sədrliyi ilə hər bir ilin və ya ilin müəyyən dövrünün yekunlarına, yaxud digər məsələlərə həsr olunan müşavirələrin keçirilməsi də bu istiqamətdə atılan addımlardan biridir.

"Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Eyni zamanda, vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik", - deyə dövlət başçısı belə müşavirələrin birində deyib. Bu mənada da, iyulun 14-də keçirilən 6 ayın yekunlarına həsr olunan müşavirdə Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm məsələlərə toxunüb. Dövlət başçısını toxunduğu, qeyd etdiyi hər bir məsələ bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti qarşıda dayanan bütün vəzifələri layiqincə yerinə yetirir, hər bir məsələdə dövlətin milli maraq və mənafeləri qətiyyətlə təmin edilir. Bu baxımdan da ötən ilin 6 aylıq siyasi və iqtisadi yekunları Azərbaycan Prezidentinin növbəti hesabatı idi.

DÜZGÜN İQTİSADİ SİYASƏT ÖLKƏNİ ANCAQ TƏRƏQQİYƏ DOĞRU APARIR

Bu, real faktordur ki, ölkə iqtisadi cəhətdən müstəqil olanda, siyasi müstəqilliyə də qovuşmuş olur. Çünki iqtisadi asılılığı olan ölkələr heç vaxt müstəqil siyasət yürüdə bilməzlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və siyasi müstəqillik qazanmış azsaylı ölkələrdəndir. İlin altı ayının sosial iqtisadi göstəricilərinin ildən-ilə artaraq tərəqqi doğru aparır.

"Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir",- deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır Qeyd olunmuşdur ki, cari ilin altı ayında əsas istiqamətlər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

Qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayesi 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artmışdır. Belə ki, iqtisadiyyat 6,2, qeyri-neft sektoru 9,6, sənaye istehsalı 2,1, qeyri-neft sənaye istehsalı 11,5, əhalinin gəlirləri 20, orta əməkhaqqı 14 faiz, pensiya isə 10 faizdən çox artıb. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır Belə ki, iqtisadiyyat 6,2, qeyri-neft sektoru 9,6, sənaye istehsalı 2,1, qeyri-neft sənaye istehsalı 11,5, əhalinin gəlirləri 20, orta əməkhaqqı 14 faiz, pensiya isə 10 faizdən çox artıb. Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edilsin. Bu gün Azərbaycanın büdcəsi 36 milyard manatdan çoxdur. Bu, imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilsin, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verilsin və hərbi gücümüzü artıraq.

NƏZƏRDƏ TUTULAN PLANLAR DAHA SÜRƏTLƏ İCRA EDİLİR

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə səsləndirdiyi hər bir çağırış reallıqda öz əksini tapır. Hazırkı dövrün əsas çağırışlarından biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dövlət başçısı İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də tarixi Zəfərimizdən ötən qısa zamanda görülən işlərə diqqəti yönəldərək onların fonunda qarşıda dayanan vəzifələri açıqladı.
"Hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir",- söyləyən Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kənddə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur: “Əlbəttə ki, biz, bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Deyə bilərəm ki, mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik”.

Dövlət başçısı İlham Əliyev hələ xeyli əvvəl 2021-ci ilin yanvarında 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirmişdi ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: "Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin… Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir".

Artıq o vaxtdan iki il yarımdan artıq zaman keçir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri hazırkı genişmiqyaslı bərpa-quruculuq işlərinin əsası oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən Milli Prioritetlərdə də bu hədəf xüsusi yer alır ki, Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq. Bu torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılacaq. Cənab İlham Əliyevin çıxışlarında bu mühüm məqam xüsusi qeyd olunur ki, hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də zəngin potensiala malikdir. Son zamanlar imzalanan sənədlərə diqqət yetirsək görərik ki, Azərbaycanın bərpa olunan enerji sahəsində malik olduğu potensial xüsusi qeyd edilir, enerji sahəsində əməkdaşlıqda yeni səhifənin açıldığı bildirilir. Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir.

Dövlətimizin başçısının bu ərazilərə səfərlərinə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu, dəmir yolu və hava limanının tikintisi prioritetdir. Beynəlxalq əhəmiyyət kəsb edən iki aeroport- Füzuli və Zəngilan hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur. Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, "Dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək".

Bəli, arxada qalan hər gün Böyük Qayıdışı tam şəkildə yaxınlaşdırır. Bütün bölgələrimizin malik olduqları potensialdan səmərəli istifadə etməklə Azərbaycanın növbəti mərhələdə dayanıqlı inkişafı tam təmin ediləcək, bu ərazilərimiz xarici turistlərin diqqətini çəkəcək, investisiyaların artırılması üçün gözəl imkanlar yaranacaq. Atılan hər bir addım bir məqsədə xidmət edir: Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilməklə qarşıya çıxan hər bir çətinlik anındaca aradan qaldırılsın. Bərpa-quruculuq işləri ilə paralel olaraq sülh müqaviləsinin imzalanması istiqamətində ölkəmizin göstərdiyi səylər ümumilikdə bölgənin gələcək inkişafına stimul olacaq.
Bir sözlə, yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salaq. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.

Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən geniş miqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində, sosial-iqtisadi sahədə, eyni zamanda, beynəlxalq əməkdaşlıq sahəsində böyük uğurlar qazanılmışdır və bundan sora da Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq. Dövlət başçımızın müşavirədə söylədiyi kimi: "Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə