Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 13-də saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

SİA-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə