Manipulyasiya edən ermənilərin MƏNASIZ İNDULGENSİYA ÜMİDİ - TƏHLİL

Manipulyasiya edən ermənilərin MƏNASIZ İNDULGENSİYA ÜMİDİ - TƏHLİL

Beynəlxalq ictimaiyyətin diqqətini çəkmək, bununla da hansısa qüvvələri bölgəyə dəvət etmək və nəyə isə nail olmaq üçün uydurma məsələlər haqqında, məsələn, Qarabağ iqtisadi rayonunda guya “aclıq”, “blokada” kimi əsassız iddiaları dövriyyəyə buraxan Ermənistan, qonşular arasında kasıbçılıqdan, xəstəlikdən və digər bədbəxtliklərdən həmişə şikayət edən və bununla da yerini rahatlamaq üçün manipulyasiya edən hiyləgər arvad kimi hər oyuna əl atır. Sərhədlərin delimitasiyasi və demarkasiyasından tutmuş, Ermənistana məxsus silahlı qüvvələrin Qarabağdan çıxarılmasına, sülh müqaviləsinə, Zəngəzur dəhlizinə qədər bütün öhdəlikərini unutmaq və unutdurmaq üçün rəsmi İrəvanın diqqəti başqa uydurma məsələlərə yönəltməsi manipulyasıyadır və bunu artıq dünya ictimaiyyəti də çox yaxşı başa düşür.

Beynəlxalq ictimaiyyət hayların vaxtaşırı hay-küy salmasına bir növ alışqandır. Dünya ictimaiyyəti yaxşı bilir ki, nəzərləri tamamilə başqa istiqamətə yönəltmək üçün diqqəti uydurma problemlərə yönəltmək məqsədi ilə ermənilər ucadan qışqırmaqda, lazım gələndə özlərini məzlum, əzilmiş göztərməkdə mahirdirlər. Quyruqları qapı arasından çıxan kimi özlərini guya döyüşkən, yenilməz, məğrur kimi dünyaya təqdim etmək yolunda bütün hədləri aşan yalançı miflər uyduran ermənilər yenə də quyruqlarını qapı arasında gördükləri zaman ən yazıq “məxluq” olduqları barədə haray-həşir salırlar və kimlərinsə onlara yazıqları gəlsin deyə hər sifətə düşürlər. Birinci Qarabağ savaşında dinc sakinlərin, azərbaycanlıların qanına susayan, əliyalın insanları qətlə yetirən, onları şikəst edən, yurd-yuvalarından didərgin düşməyə məcbur edən biri ermənilər tərəfindən bu vaxta qədər dırnaqarası “qəhrəman” kimi sırınırdısa, indi Azərbaycan tərəfindən saxlanılan həmin o cani, hərbi cinayətkar yazıq, məzlum biri kimi sırınır və guya acı taleyi olan həmin adama hamının yazığı gəlməlidir. Döyüş meydanında əsirlərini də, ölən əsgərlərinin cəsədlərini də qoyub qaçanların, yüzlərlə erməni əsgərinin cəsədini soyuducularda saxlayaraq onları sahiblərinə verməyənlərin indi hansısa bir erməninin taleyi ilə bağlı guya qayğılanması heç də inandırıcı görünə bilməz.

Rəsmi İrəvan oyun oynamaqda davam edir və oyunlarında dəyişiklik belə, fərqlilik belə müşahidə olunmur. Hətta bu oyunları ilə nəyə güvəndikləri, nəyə arxalandıqları belə hər dəfə olduğu kimi, sual doğurur. Ən çox diqqəti cəlb edən və daha çox suallar doğuran da məhz Ermənistanın ənənəvi xarici siyasətidir. Hər dəfə diplomatik görüşlər zamanı sülh barədə danışan Ermənistanın bu istiqamətdə bircə addım belə atmadığı, əksinə, prosesə müxtəlif bəhanələrlə mane olduğu bütün dünyanın gözü onündədir. Göz önündə olan daha bir məqam Ermənistanın bəhanə tapmayanda da hərəkətsizliyidir. Deməli, öz tərzi ilə Ermənistan tərəfi bir daha təsdiq edir ki, sülh barədə ancaq fikir səsləndirir və bununla işini bitmiş hesab edir. Sülh prosesindən yayınmaq üçün isə maksimum dərəcədə səbəb, bəhanə axtarır. Ermənistan fəal şəkildə sülh əhval-ruhiyyəsi ilə bağlı bəyanatlar dərc etməkdən çəkinmir, çünki bu halda həmin ölkədən heç nə tələb olunmur. Amma əməli fəaliyyətə gələndə hər zaman kənarda qalmağa çalışır, ən azından, fəaliyyətsizliklə məsələnin yubanmasına cəhd edir, hansıki səbəbləri də artıq bəllidir.

Hər dəfə Azərbaycan meydanda aktiv addımlar atanda Ermənistan əsassız da olsa belə Bakını tənqid etməyə başlayır, çünki məqsədi sülhə gedən yolda maneələr yaratmaqdır. Əslində, ermənilərin bunu nəyə görə etdiyi də sirr deyil. İstər Köçəryanın, istər Sarkisyanın, istərsə də Paşinyanın hakimiyyəti dövründə yeridilən erməni siyasətində fərq görünmür, çünki bütün bu hakimiyyətlər dövründə erməni cəmiyyətinin istəkləri, yenə də başqalarına məxsus olanı mənimsəmə ön planda durur. Bundan əvvəlki hakimiyyətlərdə olduğu kimi, indiki Ermənistan hakimiyyəti də hayların başqalarının torpaqlarını mənimsəmək kimi arzuları ilə bağlı nəyə isə nail olmağa çalışır. Belə demək mümkünsə, Ermənistanda hər bir hakimiyyət özündən əvvəlkilər qarşısında özünü mükəlləf hesab edir, başqalarına məxsus olanı mənimsəməkdə nəyə isə nail olub-olmamasına görə guya cavabdehlik daşıyır və indi erməni baş nazir də bu mənada özünü oda-közə vurduğunu ən azından göstərmək niyyətindədir. Paşinyanın hər dəfə danışıqları ləngitməsi, müxtəlif bəhanələrlə həmin danışıqları uzatması bir növ, yenə də daxili auditoriyaya hesablanmış addımdır. Nikol da göstərmək istəyir ki, guya ermənilər üçün çalışır, amma bunun mənasız olduğunu özü hamıdan yaxşı bilir.

Bilirik ki, haylar tarix boyu torpaq, vətən arzusu ilə müxtəlif miflər formalaşdırıblar və bu miflər üzərində qurulan çirkin siyasət bu gün də davam edir. Guya dənizdən dənizə torpaq sahibi olmaları barədə uydurmaları dövriyyəyə buraxanlar özlərindən sonrakı nəsilləri elə bir çətin vəziyyətdə qoyublar ki, indi Paşinyan özü də bu çətinliyin öhdəsindən necə gələcəyini heç ağlına da sığışdıra bilmir, baxmayaraq ki, bu yolda nə isə etdiyini göstərmək istəyir. Sanki, indi ermənilər, hazırki Ermənistan hakimiyyəti özlərindən əvvəlki nəsillərin Azərbaycanın və ətraf ərazilərin torpaqlarını mənimsəmək kimi bir “vəsiyyət”i qarşısında borclu sayırlar və 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətlərindən sonra günahkar belə hesab edirlər. Eyni ilə kilsə qarşısında özlərini günahkar hesab edənlər kimi özlərini günahkar bilirlər. Bəlkə də bəhanələr uydurmaq, müxtəlif əsassız iddiaları irəli sürməklə, eyni ilə katolik kilsələrdə günaha görə müvəqqəti cəzalardan azad olunma, indulgensiya ümidi olanlar kimi bağışlanmaya ümid edirlər, amma bərk yanılırlar və məsələnin mənasızlığını dərk etmirlər.

İrəvan əvvəlki kimi, sərhəddə vəziyyəti formal da olsa, “müharibə yox, sülh” vəziyyətində saxlamaq niyyətində görünür. Hətta məğlubiyyətlərini tam deyil, “natamam” göstərmək üçün də prosesin uzadılmasına çalışırlar. Azərbaycan erməni hərbi cinayətkarlarını müəyyən edib saxlamağa başlayanda, Ağdama, oradan da Xankəndinə qədər məntiqi əsaslandırılmış yol təklifi edəndə yenə də maneçilik etməyə cəhd olunduğu görünür. İşğalçı ölkənin əsassız iddiaları, məntiqsiz fikirləri də bu baxımdan səbəbsiz deyil, nəyi isə dayandırmaq, nəyi isə dəyişmək niyyətini ifşa edir. Bəli, ermənilər hazırda mövcud olan aralıq status-kvoda faydaları itirməkdən qorxurlar, amma bu onlara əsas vermir ki, ağıllarına gələni etsinlər. Bu onlara əsas vermir ki, boş bəyanatlar verməkdə davam etsinlər. Onsuz da Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru dirçəltmək, təhlükəsizliyini təmin etmək üçün öz sülh proqramını ardıcıl şəkildə həyata keçirəcək və politoloqların, ekspertlərin fikrincə də buna ermənilər mane ola bilməyəcəklər. Ermənistan buna qarşı çıxa bilməyəcək, ancaq şifahi şəkildə, maksimum halda sosial şəbəkələrdə və rəsmi bəyanatlarda narazılıq ifadə edə biləcəklər, hansıki bunu özləri də yaxşı başa düşürlər. Deməli, etdiklərinin mənasız olduğunu bilə-bilə, yəni bilərəkdən dirəniş göstərirlər. Maraqlıdır, nəyə görə belə edirlər?

Hadisələrin gedişi onu göstərir ki, gələcəkdə Azərbaycan Zəngəzur dəhlizinin özünə məxsus hissəsinin tikintisini başa çatdıracaq, Ermənistan isə öz növbəsində bir dənə də olsun dəmir yolu çəkməyəcək, deməli, bu işğalçı ölkənin indiki səyləri, prosesi uzatmaq səyləri əbəsdir və bunu özləri də bilirlər. O zaman niyə erməni separatçılarının silahlı birləşmələrinin Qarabağdan çıxarılması, eyni zamanda, hərbi cinayətlərdə təqsirli olan insanların saxlanılıb həbs olunmasının labüdlüyü Ermənistan tərəfindən qəbul olunmamalıdır? Azərbaycan vətəndaşlığını qəbul edən erməni əsillilərə yaşayışlarının, təhlükəsizliklərinin təminatı ilə bağlı ölkə rəhbərinin dedikləri niyə başa düşülməməli, qəbul edilməməli, Ermənistan tərəfini bu niyə narahat etməlidir? Vaqif Xaçaturyan kimi hərbi cinayətlərdə iştirak edənlərin artıq Azərbaycanı tərk edə bilməyəcəklərinə görə niyə kimlər isə narahat olmalıdır? Danışıqları mümkün qədər uzatmaq və eyni zamanda Qərb üçün dırnaqarası, “aclıq”, “blokada” kimi həssas mövzulara müraciət etmək kimə lazımdır və nə üçündür?

Görünür, ermənilər öz qarşılarında hələ də “mühüm” vəzifə olduğunu düşünürlər və kimlərinsə torpaqlarını işğal altında saxlaya bilmədiklərinə görə özlərini günahkar hesab edirlər. Elə bu günah saydıqları cəfəngiyyatdan da dolayı “cavavdeh” olduqlarını zənn edirlər, guya bağışlanmaları üçün əllərindən gələn bütün bəd əməllərə, eləcə də yanlışlıqlara əl atırlar. Az qala “cənnət qəbzi” də adlandırılan, indulgensiya, yəni cəzadan azad olma haqqında “arayış” ümidində olmaq sərsəm təxəyyülün, cəfəngiyyatın, axmaqlığın təzahürüdür. Ermənistan tərəfinin istənilən halda müharibə üçün kifayət qədər resursunun olmadığını bilə-bilə danışıqları uzatması, mane olması ancaq erməni xislətinə məxsus ola bilərdi ki, bunun da səbəbi elə axmaq, mənasız təxəyyüldür. İşğalçı ölkədə saxtakarlıq, panik əhval-ruhiyyənin yayılması və qəsdən qarşıdurma dərəcəsinin yüksəldilməsi, diqqəti özünə və problemlərinə yönəltmək də səbəbsiz deyil, manipulyasiya etmək deməkdir. Amma bu manipulyasiyalara ümid etmək, acgözlük və başqalarına məxsus olanı mənimsəmək təfəkkrünü qoyub gedən əcdadları, eləcə də hər dəfə erməniləri qonşuları ilə düşmənçiliyə sürükləyən kilsələri qarşısında günaha görə müvəqqəti cəzalardan azad olunma ümidi böş və mənasızdır, hansıki onları cəzaya deyil, birbaşa məhvə aparır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə