"Prezident təhsilin inkişafına həmişə böyük önəm verir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına həmişə böyük önəm verir. Təhsildə vaxtaşırı aparılan islahatlar, yeni tikilən məktəb və universitet binaları, demək olar ki Azərbaycanda bütün təhsil ocaqlarının təmir edilməsi, pedaqoji heyətə Dövlət İmtahan Mərkəzi vasitəsilə ən yaxşılarının seçilməsi bu qəbildən olan məsələlərdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu gün Qazaxda Qazax Müəllimlər Seminariyası və ADA-nın Qazax filialının açılması buna bariz nümunədir: "ADA artıq nəinki Azərbaycanda, dünyada tanınan nüfuzlu təhsil ocaqlarından birinə çevrilib. Burada təhsil yüksək səviyyədə keçirilir, ideya innovasiyaya böyük önəm verilir. İlk dəfədir ki, ADA-nın regionlarda filialı açılır. Onun Qazax Müəllimlər Seminariyası adlandırılması Qazaxın təhsil tarixinə verilən böyük önəmdir. Qazaxdan tarixən tanınmış pedaqoqlar, elm, mədəniyyət və ədəbiyyat xadimləri çıxıb. Onların bir çoxu məhz Qazax Müəllimlər Seminariyasının məzunları olublar. İndi həmin məktəbin ADA-nın filialı kimi bərpa edilməsi Azərbaycan təhsilinin tarixinə, onun ənənələrinə verilən böyük bir önəmdir. Bundan sonra da biz cənab Prezidentin regionlara səfəri zamanı yeni təhsil ocaqlarının açılışında iştirakını görəcəyik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB