“Nüvədi kəndi 1991-ci ilin bu gününə qədər öz yurdunu tərk etmədi” - İCMA SƏDRİ
“Nüvədi kəndi 1991-ci ilin bu gününə qədər öz yurdunu tərk etmədi. Silahlı dəstələr yaradıldı, lakin görünür tale belə gətirdi və nüvədililər 91-ci ilin bu günü kəndi tərk etdilər”. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QAİ-nin Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri, AMEA-nın akademiki Fikrət Əliyev deyib.
Onun sözlərinə görə, əliyalın camaatın kəndi tərk etməkdən başqa çarələri yox idi: “Ancaq Nüvədi digər kəndlərdən fərqli olaraq düz iki il Nüvədinin sərhədində dayandılar. SSRİ Ali Sovetinin sədri Lukyanovun qəbulunda oldum və məsələləri aydınlaşdırmağa çalışdım. Lakin cavabında mənə dedi ki, o torpaqlar sizin deyil çıxmalısınız. Mən həmin günə qədər elə bilirdim ki, bizi yurdlarımızdan qovan ermənilər idi. Ancaq həmin hadisədən bu işlərin arxasında sonra sovet rejiminin olduğunu gördüm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB