Qərbi Zəngəzur mahalı, Nüvədi kənd sakinlərinin görüşü keçirilir - YENİLƏNİR - FOTOLAR

Qərbi Zəngəzur mahalı, Nüvədi kənd sakinlərinin görüşü keçirilir - YENİLƏNİR - FOTOLAR

Qərbi Azərbaycan İcmasında “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Qərbi Zəngəzur mahalı, Nüvədi kənd sakinlərinin görüşü keçirilir. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan İcmanın aparat rəhbəri Qalib Qasımov nüvədililəri salamlayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

QAİ-nin Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki Fikrət Əliyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin xatirəsini andı, onun nüvədililərə olan diqqət və qayğısından bəhs edib. Bildirib ki, nüvədililərin 1987-1991-ci illərdə göstərdikləri müqaviməti Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə, Nüvədidən çıxmırdılar. Onları sonra zorla ordan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları ordan çıxarda da bilmirdilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə