Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqust ayında baş tuta bilər. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, buna baxmayaraq, görüşün dəqiq tarixi müəyyən edilməyib. Ərdoğan, həmçinin qeyd edib ki, hazırda XİN və kəşfiyyat sözügedən məsələ ilə məşğul olur: “Ümid edirəm ki, onların işinin nəticəsində Putinin səfəri avqustda baş tutacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB