"Erməni faşistləri öz cəzasını çəkməlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Erməni faşistləri öz cəzasını çəkməlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Məlumdur ki, Fransa prezidentinin əsl soyadı "Makronyan"dır. Onun etnik erməni olması, babasının vaxtilə Türkiyədə bankdan pul talayıb qaçdığı barədə internetdə kifayət qədər məlumat var. Hansı adamları ki Makron hakimiyyətə gətirib, onlar Fransada güclü olan erməni diasporasının fikirlərini çatdırırlar. Yəni, bu fikirlər heç də Fransanın öz fikirləri deyil". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, təkcə son illərdə deyil, hər zaman Fransa Ermənistana kömək edib və dəstək nümayiş etdirib: "Amma bu heç nəyi həll etməyəcək. Çünki Azərbaycan Prezidentinin öz dəsti-xətti var. Biz heç bir beynəlxalq qanunu pozmuruq. Milli maraqlarımızı və beynəlxalq qanunları həyata keçiririk.

Avropanın bəzi ölkələrində vəhşilik törədənləri indi də məhkəməyə sövq edirlər. Düşünürəm ki, Xaçaturyan və onun kimilərinin məhkəməsi olacaq, nəticədə onların günahları təsdiq olunacaq. İnanıram ki, məhkəmədə hələ onlarla erməni adı açıqlanacaq, hansı ki onlar da bu vəhşilikləri törədib. Bütün dünya bilməlidir ki, o vəhşilikləri törədən erməni faşistləri öz cəzasını çəkməlidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə