"Heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan dövləti öz ərazisində suveren hüquqlarını həyata keçirir. Bu zaman götürülən əsas meyar konstitutsiyaya riayət edilməsi və bütün vətəndaşların qanun qarşısında bərabərliyidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Ermənistanla sərhəddə qurulmuş Laçın nəzarət-buraxılış məntəqəsində Vaqif Xaçaturyanın həbs edilməsi Azərbaycan qanunlarına tamamilə uyğundur: “Bu şəxs terror əməlləri törədib, Meşəlidə qırğınların iştirakçısı olub və Azərbaycan dövlətinin qanunlarını pozub. Etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan qanunlarını pozan hər bir şəxs qanun qarşısında bərabərdir. Ona görə də bu məsələni başqa istiqammətə yönəltmək, hansısa yarlıqlar yapışdırmaq yolverilməzdir. Ermənistanı və cinayət törətmiş şəxsi müdafiə edənlər özlərini beynəlxalq qanunlara qarşı qoyurlar. Bununla da əslində terrorçu mahiyyətlərini sübut edirlər. Heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə