Qarabağ bölgəsinin yüksəlişinin təminatçısı - Qalib Lider - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə ilk növbədə hiss etdiyim qürur hissidir"
Bəli, Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq 44 günlük qələbəmizdən iki il yarım keçməsinə baxmayaraq bu istiqamətdə genişmiqyaslı işlər görülür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.
Bəli, bu gün Qaltb Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı -“Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etd, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Bir sözlə, bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəsalan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır və güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır.
Və bu gün azad edilmiş ərazilərdə reallaşan bərpa və yenidənqurma işləri həm də gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir təməldir. Azərbaycan quruculuq işlərini davam etdirir. Bu istiqamətdə yeni layihələr, yeni planlar həyata keçirilir. Çünki Azərbaycan Prezidenti…
SÖZÜ İMZAM QƏDƏR QÜVVƏTLİ LİDERDİR
“Mənim sözüm imzam qədər qüvvətlidir”-deyən Qalib Lider Qarabağımızı azad etdi və işğaldan azad olunmuş torpaqlara səfərləri, qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Azərbaycan Prezidentinin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Artıq tariximizin qürur doğuran səhifələri yazılır. İndi Füzuli, Şuşa, Laçın, Kəlbəcər də, Ağdam da azaddır və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub. "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 20 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev indi də onun bərpasına, quruculuğuna nail olmaqdadır. Bu gün…
"ERMƏNİSTAN QƏBUL EDİB Kİ, QARABAĞ AZƏRBAYCANDIR VƏ ARTIQ SƏNƏDƏ İMZA ATMAQ MƏRHƏLƏSİDİR"
Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə (Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə - red.) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur.
"Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Bəli, Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında dediyi kimi…
"İKİ İL YARIM ƏRZİNDƏ GÖRDÜYÜMÜZ İŞLƏR GÖSTƏRİR Kİ, BİZİM ÇOX CİDDİ TƏCRÜBƏMİZ VƏ PEŞƏKAR KADRLARIMIZ VAR"
Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında vurğulayıb ki, minatəmizləmə prosesi (Böyük Qayıdışa – red.) ən böyük əngəldir. Çünki bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var.
Azərbaycan Prezidenti bildirib: “Bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə. On min kvadratkilometri əhatə edən ərazidə durmadan, gecə-gündüz işlər gedir”.
Azərbaycan Prezidenti Cənubi Qafqazın inkişafının nədən asılı olduğunu da açıqlayıb: "Bilirsiniz, əslində, regional inkişaf, - Cənubi Qafqazı nəzərdə tuturam, - əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır".
"Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Xoşbəxtikdən bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bəli, qələbəmizdən ötən bu iki il yarım müddətində görülən işlərin həcminin yüksək olması doğurdan da qürur doğurur. Qalib, qurucu liderimizin söylədiyi kimi…
"HƏR DƏFƏ QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA GƏLƏNDƏ İLK NÖVBƏDƏ HİSS ETDİYİM QÜRUR HİSSİDİR"
"Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə ilk növbədə hiss etdiyim qürur hissidir. Çünki xalqımla, ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil",-deyən dövlətimizin başçısı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında Vətən müharibəsinin qəhrəman əsgər və zabitlərimizin, xalqımızın vətənpərvərliyini bir daha nümayiş etdirdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Bütün bunlar xalqımızı bir daha hətta hər birimizə tanıtdı, Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha göstərdi, ilk növbədə, hər birimizə və bütün dünyaya”.
Göründüyü kimi, bu gün Qarabağ dirçəlir, bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur. Bəli, bu gün Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib.
Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirərək Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Bu gün Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı -“Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Bir sözlə, bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəs alan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. «Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz", -deyən Ali Baş Komandanımızın “Dəmir yumruq” siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə işğaldan azad edilən torpaqlarımız zamanla abadlaşacaq, cənnət məkana çevriləcək. Dövlət başçımızın dediyi kimi: “Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”.
Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də ədaləti bərpa edərək öz torpaqlarımıza sahib olduq. Dövlət başçımızın dediyi kimi: «Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB