TUSAŞ tərəfindən modernləşdirilən ''Su-25'' təyyarəsi sınaqdan keçirildi

TUSAŞ tərəfindən modernləşdirilən ''Su-25'' təyyarəsi sınaqdan keçirildi

Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən modernləşdirilən Azərbaycanın ilk ''Su-25'' təyyarəsi uğurla sınaqdan keçirilib.

SİA xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamada TAİ tərəfindən modernləşdirilən ilk ''Su-25'' təyyarəsinin ölkəyə gətirildiyi bildirilib.

Açıqlamada Azərbaycan hərbi pilotlarının istifadəsinə verilən təyyarənin sınaq uçuşlarının uğurla həyata keçirildiyi vurğulanıb.

Açıqlamada həmçinin Türkiye istehsalı olan ağıllı bombaların və təyyarəyə inteqrasiya edilən raketlərin sınaqlarının tamamlandığı bildirilib və araşdırmaların hərbi ekspertlər tərəfindən müsbət qiymətləndirildiyi qeyd edilib.

İstanbulda keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) Azərbaycan Müdafiə Nazirliyi ilə TAİ arasında Azərbaycanın ''Su-25'' təyyarələrinin modernləşdirilməsinə dair müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə