YAP Qazax rayon təşkilatının 30 illik yubileyi qeyd olundu - FOTOLAR
24 iyul 2023-cü il tarixdə Qazaxda Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. SİA xəbər verir ki, yubiley tədbirinin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək Dahi Rəhbərə olan dərin hörmət və ehtiramlarını bildirdlər.
Tədbir Dövlət Himninin səsləndirililməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yoldan ətraflı danışıb. A.Nəbiyev YAP Qazax rayon təşkilatının yaranma tarixindən, mövcud durumundan, partiyanın VII Qurultayından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsindən geniş bəhs edərək, tədbir iştirakçılarını yubiley münasibətilə təbrik edib və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin düşdüyü acınacaqlı durumu, mövcud özbaşınalıqları, xaos və anarxiyanı bir daha xatırladaraq, o dövrdə nicat yolunun ancaq və ancaq Ulu Öndər Heydər Əliyevdə olduğunu xüsusi vurğulayıb. Rayon İcra Hakimiyyətinin Başçısı məhz, həmin dövrdə “Məşhur 91-lər” adlanan bir qrup ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciət etdiyini, çox çətin və ağır şəraitdə Yeni Azərbaycan Partiyasının yarandığını qeyd edib. Rayon İcra Hakimiyyətinin Başçısı Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanımızın memarı olan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən geniş bəhs edib və tədbir iştirakçılarını yubiley münasibətilə təbrik edib.
Daha sonra partiya veteranlarından Həmid Pənahov, Bəsti Ələkbərova, Nəsibə Tağıyeva, neftçi - şair Zaməddin Ziyadoğlu, gənc partiya üzvü Fəridə Xuduyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik ediblər və onlara uğurlar arzuladılar. Tədbirdə Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib, yüksək siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvü Fəxri Fərmanlarla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB