Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik- Azərbaycan Prezidenti
Əlbəttə ki, səlahiyyətlərimizi (Qoşulmama Hərəkatına sədrliyi – red.) bir neçə aydan sonra Uqandaya ötürəndən sonra biz müəyyən bir zaman - Uqanda sədrlik etdiyi dövrdə üçlükdə olacağıq və fəal şəkildə cəhdlərin konsolidasiyası istiqamətində çalışacağıq.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
Dövlət başçısı qeyd edib: “Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik. COVID-19 dövründə biz liderlik nümayiş etdirdik. Belə ki, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etdik və Azərbaycan sədr olaraq fəal peyvənd millətçiliyinə qarşı çıxış etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB