“Bir Avropa dövlətinin xarici işlər nazirinə bu cür səviyyəsiz bəyanat verməsini yaraşdırmadım. Görünən odur ki, Avstriyanın xarici işlər naziri Alexander Şallenberqin Azərbaycandan xəbəri yoxdur. Yalnız ermənilərdən ötürülən material əsasında öz fikirlərini bildirib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç komitəsi artıq cinayət əməllərinə əl atdı: “Yəni qaçaqmalçılıq ilə məşğul olurdu. Onsuz da rus sülhməramlıları bu işlə yetərli qədər məşğul olurdular. Bizə ikincisi lazım deyildi. Qarabağda yaşayan ermənilərin dolanışıq səviyyələri yaxşı vəziyyətdədir. Bu barədəki əks məlumatlar həqiqəti əks etdirmir.
Hazırda Avropada faşizm ideyası güclənir, ermənilər isə müasir faşizmlə məşğuldurlar. Buna görə Njdenin nəvəsinin Şallenberqin nəvəsinin mövqelərinin üst-üstə düşməsində qeyri-adi bir şey görmürəm.
Azərbaycan məsələyə öz etirazını bildirməlidir. Heç nədən xəbərsiz kiminsə verdiyi yalan-yanlış məlumatları yaymaq nə Avstriyaya, nə də Avropa ölkəsinə heç bir başıucalıq gətirməyəcək. Biz onsuz da ikili standartların olmasına alışmışıq, beynəlxalq hüquq yaman gündədir. Bu barədə cənab Prezident də 6 ayın yekunlarına dair müşavirədə çıxışı zamanı qeyd edib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB