Mövcud reallıq ondan ibarətdir ki, Azərbaycanda azad və demokratik cəmiyyət formalaşıb. Hər kəs istədiyi formada fikrini söyləyə, mövqe bildirə, açıqlamalar verə bilir. Lakin yaradılan bu yüksək şəraitdən sui-istifadə edən fürsətçil, təxribatçı qüvvələr var. Daha doğrusu dağıdıcı müxalif ünsürlər küçə və meydanlarda icazəsis aksiyalar keçirməklə, sosial şəbəkələrdə milli və dövlətçilik maraqlarına ziddi statuslar paylaşmaqla ictimai rəyi çaşıdımağa və bununlada öz çirkin siyasi məqədlərini həyata keçirməyə çalışırlar. Bu halda insanların rahatlığına xələl gətirdiklərinə görə, hüquqi tədbir görüləndə dağıdıcı müxaliflər hay-küy qaldırıb, vay-şüvən salırlar. Lakin anlamırlar ki, sığındıqları və hər məqamda tapşırılarını yerinə yetirdikləri ABŞ-da, Avropada addımbaşı insanların polis zopasına, təhqir və şiddətinə məruz qalmaları adı hala çevrilib. Hər il ABŞ-da onlarla insan polisin açdığı atəş nəticəsində həyatını itirir və ya şikəst edilir.
Dağıdıcı müxaliflər özlərini xarici dairələrdən asılı vəziyyətə salıblar
Dəfələrlə faktlar aşkarlanıb ki, 20 , 30 il azadlıqdan məhrum olmuş ABŞ, Franasa, İngiltərə, Almaniya vətəndaşı, nəhayət də günahsız olduğu üzə çıxıb. Yəni özünü demokratiyanın beşiyi sayan ABŞ və digər boğazadan yuxarı danışanların ölkələrində hüquqi sistemdə ciddi qüsurlar mövcuddur. Bunu isə Azərbaycanın dağıdıcı müxalifəti anlamır. Deməli ya onlar kardır, ya da kor, ən inandırıcı məqam isə onların maddi və mənəvi cəhətdən ABŞ-ın və ya Avropanın qaranlıq dairələrindən asılı olamalarıdır. Pul, para xatirinə okianın o tayında baş verən özbaşnalıqlara susqunluq nümayiş etdirirlər. Azərbaycanda isə xırda məişət söz söhbətini siyasi faciə kimi qabardıb, ətrafında şou yaradırlar. Şübhəsiz ki, bu fakt “Milli Şura”nın sədri Cəmil Həsnlinin, AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın kitabsız, dəftərsiz üzvü Tofiq Yaqublunun təkcə vətənini yox, həm də hər şeylərini satmağa hazır olduqlarını göstərir. Sübuta yetirlən fakt ondan ibarətdir ki, T.Yaqublu digər əqidə dostları ilə müqayisə də bir qədər əhilləşmiş məxluqdur. Çünki onu kim çağırsa etiraz etmədən onun qucağında oturur.
Yalan danışmaq, iftira söyləmək T.Yaqublunun həyat tərzidir
T.Yaqublu Azərbaycanın dövlət maraqlarına zərbə vurmaq üçün şeytanla belə əməkdaşlıqdan çəkinmir. Bəzən yazırlar ki, guya T.Yaqublu birinci Qarabağ müharibəsi iştirakçısıdır. Torpaq uğurunda düşmənlə ölüm qalım savaşı aparan şəxs satqınılıq edə bilərmi, təbii ki etməz. Deməli T.Yaqublu Azərbaycanın ərazi bütövlüyü uğurunda savaşda iştirak etməyib, sadəcə bu istiqamətdə yalan məlumatlar yayır. Yalan danışmaq, iftira söyləmək, şər və böhtanlar dilə gətirmək isə T.Yaqublu və onun əqidə yoldaşlarının həyat tərzidir. 30 illik işğala son qoymaq üçün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib düşmənə qarşı müharibəyə başlayanda Ə.Kərimli, T.Yaqublu, C.Həsənli və digər məxluqlar milli ruha kölgə salmağa xidmət edən mövqe sərgiləmişlər. Dəfələrlə bütün siyasi partiyalar müharibə ilə bağlı beynəlxalq təşkilatlara müraciət imzalayarkən T.Yaqubılunun üzv olduğu Müsavat, “Milli Şura” müraciətə qoşulmaqdan imtina etmişdilər. Bax satqılıq və xəyanət budur. “Qarabağ müharibəsində iştirak etmişəm” deyən Qarabağ savaşına qoşulmaya, ən azı vətndaş olaraq orduya dəstək verməyə bilərmi? Görünən ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsi zamanıT.Yaqublu kimilər düşmənlə eyni cərgədə dayandılar.
T.Yaqublu xalqın cəzasından xilas ola bilməyəcək
T. Yaqublunun dövlətə və xalqa düşmən kəsildiyini subut etməyə ehtiyac yoxdur. Yəni görünən dağa nə bələdçi. Təkcə bir faktı qeyd etmək lazımdır ki, bu təxribatçı və satqın məxluq bir qədər əvvəl “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır” deyə bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, “ermənilərlə münasibətlər qurmaq üçün Azərbaycanın güzəştlərə getməsi vacibdir”. İndi isə T.Yaqublu “Siyasi partiyalar haqqında “ Qanuna şərhlər verməyə başlayıb. Daha doğru ona verilən təlimata əsasən Qanun haqqında şər və böhtan xarakterli statuslar paylaşır, açıqlanmalar verir. Bu günə qədər adı qanunsuz aksiyalarda hallanan siyasi şoumen T.Yaqublunun qanunu “qanunsuzluq”, islahatları isə “mürtəce” adlandırması təəccüblü deyil. Çünki qərəzli olması, qrant müqabilində virtual səhnədə oynadılması ilə yanaşı, təbiət və mahiyyət etibarilə xaosa meyillidir, ziddiyyətdən qidalanır.İkincisi, "siyasi partiyanın gücünün seçkilərlə ölçüldüyünü" söyləyən T. Yaqublu özünü fakt qarşısında qoyur: bəli, seçkilər siyasi partiyaların gücünü, nüfuzunu-reytinqini göstərir. Bu günə qədər ölkəmizdə keçirilən bütün seçkilər bu reallığın təsdiqidir. Amma sual olunur, təmsil olunduğu radikal düşərgə hansı seçkilərdə qalib gəlib, yaxud xalqın etimadını qazanıb? Təbii ki, heç birində. Belə yerdə xalqın müdrik deyimi yada düşür: “utanmasan oynamağa nə var ki?!”. Əminliklə demək olar ki, T.Yaqublu və onun kimi qərəzli mövqe tutanlar, şər və böhtanlar səsləndirənlər gec tez yalınız hüquqi müstəvidə deyil, xalq tərəfindən də sərt cəzalarını alacaqlar.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB